Icma.az
close
up
RU
Güclü yağışlar Lahıc Dəmirçi yolunda torpaq sürüşməsinə səbəb olub

Güclü yağışlar Lahıc Dəmirçi yolunda torpaq sürüşməsinə səbəb olub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

İsmayıllı, 31 mart, AZƏRTAC

Son günlər yağan güclü yağışlar Lahıc–Dəmirçi avtomobil yolunda torpaq sürüşməsinə səbəb olub. Nəticədə yolun hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə yolun 11-ci kilometrliyində İsmayıllıdan keçən ərazisində baş verib. Torpaq sürüşməsi nəticəsində iki hərəkət zolaqlı avtomobil yolunun torpaq yatağı sürüşərək asfalt örtüyünü yararsız hala salıb. Ərazidə dərin yarğanlar, qabarmalar və çökmələr əmələ gəlib ki, bu da nəqliyyat vasitələrinin hərəkətini təhlükəli edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 9 saylı Yol İstismarı İdarəsinin baş mühəndisi Fazil Qasımov AZƏRTAC-ın müxbirinə açıqlamasında bildirib ki, hazırda ərazidə vəziyyət nəzarətdə saxlanılır. İdarənin nümayəndələri tərəfindən yolun vəziyyəti qiymətləndirilir, təhlükəsizlik tədbirləri görülür. Əraziyə xüsusi texnika və canlı qüvvənin cəlb olunması gözlənilir. Hazırda ərazidə aktiv torpaq sürüşməsi olduğundan hələlik işlərin görülməsi mümkün deyil. Sürücü və sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq yol qəzalı əraziyə çatmadan bağlanılıb, sürücülərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.

Baş mühəndis onu da qeyd edib ki, Dəmirçi–Lahıc avtomobil yolu sürüşmə zonasında yerləşir. Bu amil yolun vəziyyətinə də təsirsiz ötüşmür. Nəticədə bəzi hissələrdə asfalt örtükdə çatlar və dağılmalar müşahidə olunur. Agentliyin əməkdaşları tərəfindən yol daim nəzarətdə saxlanılır və hərəkətə mane ola biləcək hallar baş verdikdə operativ müdaxilə edilir.

Qeyd edək ki, Dəmirçi kəndini Lahıc qəsəbəsi ilə birləşdirən avtomobil yolunun uzunluğu 22 kilometrdir. Bu marşrut həm yerli əhali, həm də Lahıca üz tutan turistlər üçün əsas nəqliyyat xətti hesab olunur. Yolun bağlanması bölgədə hərəkətə və turizm axınına da təsir göstərə bilər.

Son günlər bölgədə müşahidə olunan intensiv yağıntılar səbəbindən dağlıq və sürüşmə riski olan ərazilərdə yaşayan sakinlərə ehtiyatlı olmaları tövsiyə edilir.

Müxbir- Rəşad Türkoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Mart 2026 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see363

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see312

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see309

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see298

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see279

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see279

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see270

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see263

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see258

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see257

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see250

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see241

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see239

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see237

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see230

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see229

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see226

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see221

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see220

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri