Dəmirçi Lahıc yolunda sürüşmə oldu, yol bağlandı
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son günlər aramsız yağan leysan yağışlar bölgələrdə fəsadlar törədib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, güclü yağışlar nəticəsində Dəmirçi–Lahıc avtomobil yolunun əsas zolağında torpaq sürüşməsi baş verib və hazırda yol avtomobillərin hərəkəti üçün bağlanıb. Əraziyə xəbərdarlıq nişanları və xüsusi lentlər çəkilib.
AAYDA-nın 9 saylı Yol İstismarı İdarəsinin baş mühəndisi Fazil Qasımov bildirib ki, ərazidə vəziyyət nəzarətdə saxlanılır, lakin aktiv sürüşmə səbəbindən hələlik bərpa işləri aparmaq mümkün deyil.
Onun sözlərinə görə, sürücü və sərnişinlərin təhlükəsizliyi nəzərə alınaraq yol qəzalı əraziyə çatmadan bağlanıb və alternativ marşrutlardan istifadə tövsiyə olunur. Qeyd olunub ki, yol sürüşmə zonasında yerləşdiyindən bəzi hissələrdə asfalt örtükdə çatlar və dağılmalar müşahidə edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 31 Mart 2026 23:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















