Güclü yağışlar Səudiyyə Ərəbistanında daşqınlara səbəb oldu VİDEO
Icma.az, Bizim media saytına istinadən bildirir.
Səudiyyə Ərəbistanının qərb bölgələrində yağan güclü yağışlar Məkkə və Taif şəhərlərinin küçə və yollarını su altında qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə REN TV telekanalı məlumat yayıb.
Güclü su axınları avtomobil yollarında böyük tıxacların yaranması ilə nəticələnib, nəqliyyatın hərəkəti iflic olub.
Hökumət orqanları hava şəraiti ilə əlaqədar "qırmızı" təhlükə səviyyəsi elan ediblər. Məkkə və Taifdə təbii fəlakətin fəsadlarını aradan qaldırmaq məqsədilə xüsusi briqadalar və texnika cəlb olunub.
Kommunal xidmət işçiləri suların çəkilməsi, drenaj sistemlərinin təmizlənməsi və daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparır.
Sakinlərə su basmış ərazilərdən və bəndlərdən uzaq durmaq tövsiyə edilib. Hələlik xəsarət alanlar barədə heç bir məlumat verilməyib.
Bizim.Media
Baxış sayı:145
Bu xəbər 27 Avqust 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















