Icma.az
close
up
RU
Güclü yağışlar zamanı Bakının hansı ərazilərində daha çox subasma olub? Rəsmi açıqlama

Güclü yağışlar zamanı Bakının hansı ərazilərində daha çox subasma olub? Rəsmi açıqlama

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlər Bakı şəhərində müşahidə olunan intensiv yağışlar nəticəsində bir sıra ərazilərdə subasma halları qeydə alınıb.

Subasmaya daha çox məruz qalan problemli ərazilərin müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsi xüsusi əhəmiyyət daşıyır.

Maraqlıdır, bu istiqamətdə monitorinq aparılıbmı? Görəsən, problemlər əsasən Bakının hansı ərazilərində daha çox müşahidə olunub, kanalizasiya sistemlərinin gücü intensiv yağışlar üçün harada yetərli olmayıb?

Məsələ ilə bağlı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, normadan 6 dəfədən çox yağan bir neçə günlük intensiv yağışların fəsadları əsasən mərkəzləşdirilmiş kanalizasiya sisteminin və yağış kollektorlarının olmadığı ərazilərdə müşahidə edilib.

Qeyd olunub ki, drenaj sistemlərinin qurulmadığı yollarda və ərazilərdə yağış suları tullantı su xətlərinə yönləndirilir: "Bu isə kanalizasiya şəbəkələrinin artıq yüklənməsinə və suların daşınmasında çətinliklərin yaranmasına səbəb olur".

Həmçinin vurğulanıb ki, bəzi ərazilərdə qurumun mərkəzləşdirilmiş tullantı su şəbəkələri mövcud deyil və müəyyən yerlərdə tikilən evlər əsasən fərdi yaşayış üçün nəzərdə tutulmayan torpaq sahələrində inşa olunub. Bildirilib ki, evlərin tikintisi zamanı seçilən məkanlar coğrafi relyef baxımından məskunlaşma üçün əlverişsizdir.

"Bu səbəbdən həmin evlərin həyətlərinə yağış sularının axaraq dolması halları baş verir. Müvafiq sukanal idarələrinin briqadaları tərəfindən həmin ərazilərdə mövcud imkanlar çərçivəsində suyun çəkilməsi istiqamətində sakinlərə köməklik göstərilir. Azərbaycan Prezidentinin imzaladığı “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” çərçivəsində hazırda müxtəlif ərazilərdə irihəcimli layihələr həyata keçirilir. Bu layihələrə yeni kanalizasiya kollektorlarının və tullantı sutəmizləyici qurğuların tikintisi daxildir", - deyə vurğulanıb.

Qeyd olunub ki, Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının, Dərnəgül–Bakıxanov–Qaraçuxur–Hövsan kanalizasiya kollektorunun, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sular üçün sutəmizləyici qurğunun, Müşfiqabad hövzəsi üzrə analoji infrastrukturun, Sahil kollektorunun, Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və sutəmizləyici qurğunun, eləcə də Zığ–Hövsan kanalizasiya kollektorunun qurulması istiqamətində tikinti-quruculuq işləri mərhələli şəkildə icra olunur:

"Bu layihələrin icrası tullantı sularının idarə olunmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına və intensiv yağışlar zamanı subasma hallarının qarşısının alınmasına imkan yaradacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Aprel 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri