Bakının bu ərazilərində niyə su gəlmir? Rəsmi cavab
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Bakının Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə su verilmir.
“Qafqazinfo” xəbər verir ki, vətəndaşlar bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşıblar.
Onlar bildirib ki, Badamdar qəsəbəsinin bəzi yerlərində iki gündür su yoxdur. Eyni problem 6-cı mikrorayonda da yaşanır.
Belə ki, susuz qalan vətəndaşlar müxtəlif yerlərdən öz mənzillərinə su daşımağa məcbur olublar.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, qeyd olunan ünvanlarda içməli su xəttində qəza baş verib:
“Hazırda müvafiq rayon sukanal idarələrinin qəza briqadaları tərəfindən intensiv bərpa işləri görülür. Gün ərzində işlər yekunlaşdırılacaq, suyun verilməsi bərpa ediləcək”.
Baxış sayı:113
Bu xəbər 07 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















