Icma.az
close
up
RU
Güclülərin dünyasında Azərbaycan yeni səhifə açır Şərh

Güclülərin dünyasında Azərbaycan yeni səhifə açır Şərh

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“Cənubi Qafqazda sülhün təminatçısı rolunda çıxış edən Azərbaycan daha geniş coğrafiyada sülhün, təhlükəsizliyin, əməkdaşlığın və inkişafın təmin olunması istiqamətində yeni reallıqlar yaradıb. Azərbaycanın yaratdığı bu reallıq artıq beynəlxalq aləm tərəfindən də ciddi dəstək qazanmaqdadır.

Yaratdığı reallıqlara uyğun olaraq Azərbaycan beynəlxalq birliyin fəal üzvünə çevrilib. Azərbaycan yeni-yeni dostlar və tərəfdaşlar qazanmaqdadır. Bunun nəticəsi olaraq Azərbaycanın dünya ölkələri ilə istər ikitərəfli, üçtərəfli formatlarda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Bu da, öz növbəsində, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, mövqeyinin möhkəmlənməsinə xidmət etməklə bərabər, sülh strategiyası Avrasiyada və qlobal miqyasda, daha geniş regionda uzunmüddətli təhlükəsizlik, inkişaf və əməkdaşlıq üçün real zəmin formalaşdırır.

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitinə dəvət olunması bunun əyani göstəricisidir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.

Yusifov bildirib ki, Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvəti Azərbaycanın qlobal və regional sülhə, təhlükəsizliyə verdiyi əməli töhfənin nəticəsi kimi qiymətləndirilməlidir:

“Azərbaycan-Ermənistan sülh sazişini paraflayıb Cənubi Qafqazda faktiki sülhə nail olmaqla beynəlxalq aləmdə qlobal sülh və təhlükəsizliyin təmin olunması istiqamətində yeni bir paradiqma yaradıb. Artıq beynəlxalq birlik 44 günlük Vətən müharibəsində olduğu kimi, hazırda da qlobal və regional sülhün, təhlükəsizliyin, əməkdaşlığın əldə olunmasında Azərbaycanın yaratdığı modeli öyrənməkdədir.

Yeni dünya nizamının formalaşması fonunda baş verən mürəkkəb geosiyasi proseslər nəticəsində dünya dərin dəyər və ontoloji böhran içərisindədir. Dünyanın idarə olunmasında indiyədək mövcud olan beynəlxalq dəyərlər sistemi dağılıb, beynəlxalq təşkilatların böhranların həllində rolu sıfıra enib.

Belə bir mürəkkəb vəziyyətdə qlobal və regional sülhün, sabitliyin, təhlükəsizliyin və əməkdaşlıq münasibətlərinin yaranması üçün yeni təcrübələrə ehtiyac var. Dünyada ən mürəkkəb münaqişələrdən biri hesab edilən Ermənistan-Azərbaycan münaqişəsini həll etməklə Prezident İlham Əliyev beynəlxalq miqyasda belə bir presedentin əsasını qoyub.

Prezident İlham Əliyevin uğurlu diplomatiyası qlobal problemlərin həllində beynəlxalq aləmə yeni nəfəs verir. Onun Yaxın Şərq Sülh Sammitinə dəvəti həm Azərbaycan təcrübəsindən faydalanmaq, həm də ölkə başçısının Yaxın Şərqdə dayanıqlı sülhün əldə olunmasına əməli töhfə verə biləcəyinə olan inamdan irəli gəlir.

Bildiyiniz kimi, artıq son aylarda Azərbaycan Yaxın Şərq böhranının həllində yaxından iştirak edir. Azərbaycanın istər Suriyada sabitliyin yaranmasında, istər İsrail–Fələstin münaqişəsinin “iki dövlətli həll prinsipi” əsasında həllində tutduğu ədalətli mövqe, istər İsraillə münasibətləri, istərsə də İslam və ərəb ölkələri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması bunu deməyə əsas verir.

Əminəm ki, cənab Prezident İlham Əliyevin liderliyi altında Yaxın Şərqdə də uzunmüddətli sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunaraq bölgədə yeni səhifənin açılmasına özünəməxsus töhfə veriləcək. Bununla da Prezident İlham Əliyev güclülərin dünyasında Azərbaycan üçün yeni bir səhifə açmış olacaq”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Oktyabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri