Gülçöhrə və Əsgər tamaşasının premyerası olacaq
Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xalq artisti Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasında səhnələşdirilən "Gülçöhrə və Əsgər" tamaşasının premyerası olacaq.
Kulis.az xəbər verir ki, tamaşa 18 noyabrda saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında göstəriləcək.
Tamaşada əsas rolları Əzizağa Əzizov, Almaz Ələsgərova, Səmədzadə Xasıyev, Mehriban Zaliyeva, Nicat Əli və başqaları canlandırır.
“Gülçöhrə və Əsgər” musiqili dramı dahi Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” əsərinin davamdır.
Tamaşa Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verən siyasi və ictimai hadisələri, xüsusilə bolşeviklərin ölkəmizə vurduğu maddi və mənəvi zərbələrin acı nəticələrini incə ustalıqla əks etdirir.
Əsərdə baş qəhrəmanlar - Əsgər və Gülçöhrə - tarixin qaranlıq və sərt dönəmlərində yaşadıqları sarsıntılar fonunda bütöv bir dövrün mənzərəsini yaradırlar.
Əsgərin Sibirdə keçirdiyi məşəqqətli illər, Gülçöhrənin isə ümidsizlik içində onu gözləməsi təkcə nakam bir sevgi hekayəsi deyil, həm də bir xalqın yaddaşını, mübarizliyini və sarsılmaz ruhunu əks etdirən bədii salnamədir.
"Buker"li hind qadın yazıçı: "Onlar üçün Qandi bəlkə də gözyaşardıcı qazdır..." Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma Prezident AMEA-da
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 17 Noyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















