Icma.az
close
up
RU
Akademik Musiqili Teatrda Kamal Abdullanın “Əsgər və Gülçöhrə” tamaşası hazırlanır

Akademik Musiqili Teatrda Kamal Abdullanın “Əsgər və Gülçöhrə” tamaşası hazırlanır

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında librettosu görkəmli alim – akademik, Xalq yazıçısı Kamal Abdulla və musiqisi görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus olan “Əsgər və Gülçöhrə” tamaşasının məşqlərinə başlanılıb.
Müəllif və bəstəkarın da iştirak etdiyi ilk məşqdə sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev qonaqları və teatrın yaradıcı heyətini təbrik edib, onlarla fikirlərini bölüşüb:
“Hörmətli alim, ictimai xadim Kamal Abdullanın “Əsgər və Gülçöhrə” əsərini qələmə alması heç də təsadüfi deyil. O, bunu dahi bəstəkar Üzeyir Hacıbəylinin bir əsrdən çox yaşı olan “Arşın mal alan” operettası əsasında dayısı – görkəmli kino və teatr rejissoru Rza Təhmasibin ekranlaşdırdığı eyniadlı filmdən ilhamlanaraq yaradıb. Xoşbəxt sonluqla bitən sevgi hekayəsindən fərqli olaraq, Kamal Abdullanın əsərində hədəfə alınan, vurğulanan mövzu bolşeviklərin ölkəmizi istila etdiyi, maddi və mənəvi sərvətlərimizi taladığı kəşməkəşli dövrdə baş verən hadisələri əhatə edir… Tarixin qaranlıq səhifələrini müasir tamaşaçıya dolğunluğu ilə çatdırmaq, həqiqətən də, böyük məsuliyyətdir… Hörmətli bəstəkarımız Cavanşir müəllimin musiqiləri bu teatr üçün yad deyil və əminəm ki, onun əsrarəngiz bəstələri növbəti uğurlu bir səhnə işinin yaranmasına öz töhfəsini verəcək”.
Layihə iştirakçıları çıxışlarında tamaşanın dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi, həmçinin Kamal Abdulla və Cavanşir Quliyevin 75 illik yubileyləri münasibətilə təqdim olunmasını da təklif ediblər.
Yaradıcı heyətlə tamaşanı müzakirə edərək qarşılıqlı fikir mübadiləsi aparan müəllif və bəstəkar göstərilən diqqətə görə teatr rəhbərliyinə təşəkkür ediblər.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Elməddin Dadaşov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Tamilla Aslanovadır.
Rol bölgüsünə əsasən, səhnə əsərində Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, Əkbər Əlizadə, İqrar Salamov, Səidə Şərifəliyeva, Almaz Ələsgərova, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, aktyorlar Möylə Mirzəliyev, Nicat Əli, Türkel Tariqpeyma, Gülnarə Abdullayeva, Faiq Mirzəyev, Gültac Əlili, Nərmin Əliyeva, Əliməmməd Novruzov, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Elçin İmanov, Elxan İsmayılov, Rauf Babayev, Sübhan Rüstəmov, Əli Kərimov iştirak edəcəklər. Teatrın əksər tamaşalarında olduğu kimi, bu tamaşada da xor və balet artistləri səhnəyə çıxacaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 08 Fevral 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri