Icma.az
close
up
RU
Güllə gilizinin içinə yerləşdirilir, əsgərlərin boynundan asılırdı

Güllə gilizinin içinə yerləşdirilir, əsgərlərin boynundan asılırdı

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik təklif edilib. Layihəyə əsasən, hərbçilərə jeton veriləcək. Şəxsi jeton həlak olmuş, ölmüş, xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən, fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən nişandır. Hərbi qulluqçular hərbi xidmət keçdikləri dövlət orqanları (dövlət orqanının strukturuna daxil olan qurumlar) tərəfindən şəxsi jetonla təmin edilirlər.
Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Demokrat.az-a bildirib ki, şəxsi jeton hələ qədimdən mövcud olub, SSRİ dövründə də istifadə edilib:
"Əvvəl ancaq zabitlərə jeton verilirdi. Amma əsgərlərin və çavuşların da jeton əvəzinə xüsusi hazırlanmış nişanları olurdu. Üzərində adı, soyadı, hansı tabor və bölükdə xidmət etdiyi göstərilirdi. Buna “patron” deyirdilər, yəni güllə gilizinin içinə yerləşdirilir, boyundan asılırdı. Məqsəd ondan ibarət idi ki, bədbəxt hadisə nəticəsində yanma və ya tanınmaz hala düşmə baş verərsə, şəxsin tanınması asan olsun. İndi isə bunu bir qədər müasirləşdirərək “hərbi qulluqçuların şəxsi jetonu” adı ilə təqdim edirlər. Bildirilir ki, yaralanma, travma və ya kontuziya zamanı şəxsin kimliyini müəyyən etmək üçün istifadə ediləcək. Burada hər hansı ciddi yenilik və ya fövqəladə dəyişiklik yoxdur. Bu, onsuz da olmalı idi. Bu gün də Birinci Qarabağ müharibəsində itkin düşənlərin yaxınlarından DNT analizi götürülür ki, onların şəxsiyyəti müəyyənləşdirilsin".
Ekspert deyib ki, müharibə şəraitində bəziləri buna lazımi əhəmiyyət vermirdi:
"Bunlar normal proseslərdir və indi sadəcə bu sahə daha sistemli şəkildə tənzimlənir. Əlbəttə ki, hər bir qurumun, istər Müdafiə Nazirliyi, istər Dövlət Sərhəd Xidməti, istərsə də Daxili Qoşunlar və digər güc strukturlarının birbaşa borcudur ki, hər bir əsgər və zabiti jetonla təmin etsin. Bu işin bundan sonra mütləq qaydada həyata keçiriləcəyi görünür. Digər tərəfdən, döyüş fəaliyyəti aparmayan və ya döyüş hazırlığı ilə birbaşa bağlı olmayan hərbi hissələrdə bu jetonun əhəmiyyəti o qədər də böyük sayılmır. Yəni əsasən bədbəxt hadisə zamanı, məsələn yanma və ya ağır xəsarət hallarında əhəmiyyət kəsb edir. Jeton qan qrupunun müəyyən edilməsi üçün də istifadə oluna bilər. Bundan sonra bu sahəyə vəsait ayrılmalı, hərbi qulluqçular üçün jetonlar hazırlanmalıdır. Bu jetonlar elə materialdan hazırlanır ki, nə yansın, nə də ərisin",- deyə o qeyd edib. 
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Aprel 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see528

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see513

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see366

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see349

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see261

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see256

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see235

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see234

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see227

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see225

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see223

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see205

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see205

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see193

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see192

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see190

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see189

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see188

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri