Əsgərlərin maaşı karta köçəcək
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Azərbaycanda əsgərlərə verilən maaş bank kartları ilə ödəniləcək. Bakupost.Az Modern.az-a istinadən xəbər verir ki, bunun üçün "əsgər kartları" hazırlanıb.
Qeyd olunur ki, artıq "əsgər kartları"nın hərbi qulluqçulara paylanmasına başlanılıb.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib ki, "əsgər kartları" şəffaflığın təmini üçün tətbiq edilir:
"Əsgər məvacibi əvvəllər cədvəllərlə verilirdi, əsgər qol çəkib alırdı. İndi əsgər maaşları "əsgər kartı" vasitəsilə veriləcək. Bu da şəffaflığı qorumaq baxımından çox böyük əhəmiyyət daşıyır. Bu kartlar rüşvət hallarının müəyyən mənada qarşısını alacaq".
Baxış sayı:36
Bu xəbər 03 Noyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















