Əsgərlərin andiçməsindən maraqlı Fotolar
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı DSX məlumat yayıb.
Bildirilib ki, mərasimlərdə hərbi rituala uyğun olaraq Döyüş Bayrağı sıra meydanına gətirilib.
Dövlət Himninin ifa edilməsi ilə başlayan mərasimlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Hərbi Andı qəbul edərək Vətənin müdafiəsi və dövlət sərhədlərinin etibarlı mühafizəsi kimi şərəfli və məsuliyyətli vəzifəni üzərlərinə götürən gənc əsgərlərin dövlətə, xalqa və Ali Baş Komandana sədaqətlə xidmət edəcəklərinə əminlik ifadə olunmuş, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.
Mərasim zamanı valideynlərlə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.
Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.






Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 17 Avqust 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















