Gülnarə Xəlilova Əhməd Cavad medalı ilə təltif edildi Foto
Icma.az, Teleqraf.com saytına istinadən bildirir.
Ankarada Əhməd Cavad adına İnstitut, Azərbaycanın Türkiyədəki səfirliyi və TÜRKSOY tərəfindən Azərbaycanın Zəfər Günü şərəfinə təşkil olunan tədbirlər çərçivəsində dizayner Gülnarə Xəlilovanın sərgisi keçirilib.
Teleqraf.com xəbər verir ki, ekspozisiyada Qarabağ bölgəsinin milli geyim ənənələrinin əks olunduğu "Qarabağ və Xarıbülbül" kolleksiyası və unikal "Qarabağın cizgiləri" layihəsi - qədim Azərbaycan torpağının zəngin irsini və ictimai həyatını, musiqi və ədəbiyyatını əks etdirən ipək əsərində yaradılmış Qarabağın görkəmli şəxsiyyətlərinin portretləri təqdim olunub.
Türk Dünyası mədəniyyətinin və incəsənətinin töhfəsinə və inkişafına görə Gülnarə Xəlilova Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadimin 130 illiyinə həsr olunmuş "Əhməd Cavad" medalı ilə təltif edilib.
Qeyd edək ki, Gülnarə Xəlilova-Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Cizgi brendinin banisidir. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya, Şimali Kipr Türk Respublikası və digər ölkələrdə moda həftələrində və digər beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 15 Noyabr 2024 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















