“GÜLSAM” ƏRİB həmin layihənin dördüncü və final tədbirini həyata keçirdi FOTOLAR
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
“GÜLSAM” ƏRİB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslərin reabilitasiyasının dəstəklənməsi” “Məhdudiyyətimizə rəğmən istedadımız var” adlı layihəni həyata keçirməkdə davam edir.
Globalinfo.az bildirir ki, layihənin dördüncü və sonuncu tədbiri Bakı şəhərinin gözəl məkanlarından birində, 09.08.2025-ci il tarixində baş tutub. Tədbirdə 9 nəfər əlil iştirakçı öz bacarıqlarını fərqli şəkildə yenidən nümayiş etdirib. Final iştirakçıları arasında musiqiçilər, yazarlar, rəqs və rəsm bacarığı olan fiziki məhdudiyyətli şəxslər öz çıxışlarını təqdim etdilər.”
GÜLSAM” İctimai Birliyinin rəhbəri Gülnarə Səlimova tədbirə qatılanlara təşəkkür edərək, belə müsabiqələrin cəmiyyətin müxtəlif təbəqələri arasında bərabər imkanlar yaratmaq və əlillərin sosial həyatda iştirakını dəstəkləmək baxımından önəmini vurğulayıb.
Final mərhələsində iştirakçılardan üç nəfəri qalib seçilib.
Hər bir iştirakçı sertifikat və hədiyyələrlə mükafatlandırılıb.
“GÜLSAM” ƏRİB-nin ən böyük uğuru tədbirlərdə iştirak edənlərin sevinci, üzlərindəki təbəssüm və sonsuz təşəkkürləridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 20 Avqust 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















