Icma.az
close
up
RU
QHT layihənin yekun tədbirini keçirdi FOTOLAR

QHT layihənin yekun tədbirini keçirdi FOTOLAR

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Oriqami” uşaq  və yeniyetmələr  ictimai birliyi  11 iyun 2025-ci il tarixində Maştağa qəsəbəsi  C.Cabbarlı adına 187 № li tam orta məktəbin pedaqoji kollektivinin üzvləri və 30 nəfər şagird kontingentinin iştirakı ilə “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin  yekun  tədbirini keçirmişdir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə layihənin rəhbəri Namiq Nəcəfov məlumat verib. Onun sözlərinə görə, tədbirin təşkili üçün məktəbin İdman zalında əvvəlcədən hazırlıq  işləri  görülmüşdü.

Layihənin rolapı qurulmuş, masaların üstünə  yol hərəkətinin təhlükəsizliyinə dair yol nişanları düzülmüş, xüsusi turacaqlarda məlumat daşıyıcıları və  layihənin  loqolu, təsvirli  atributları qoyulmuşdu. “Oriqami” təşkilatı layihəyə qoşulmuş 15 qız və15 nəfər oğlan, cəmi 30 nəfər şagirdin rəğbətləndirilməsi məqsədi ilə 30 dəst  loqolu, təsvirli  xüsusi dəst, tərkibində - loqolu papaq  və loqolu, təsvirli qısaqol köynək, loqolu təsvirli iştirakçı Sertifikatlı, loqolu, təsvirli Poster, vımpel, loqolu , təsvirli 30 ədəd hədiyyə çantaları  sifariş etmişdi. Hədiyyələrin say tərkibini göstərmək üçün onlar masaların üstünə düzülmüşdü.
“Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin yekun tədbirində, prkftik olaraq piyada mədəniyyətinin aşılanması prosesində şagirdlərin aldıqları yeni məlumatlar, yol hərəkətinin təhlükəsizlik qaydalarına dair nəzəri biliklər, yolda, piyada zolaqlarından  düzgün istifadə davranışı, yolu keçərkən  təhlükəsiz davranış qaydalarının  nümayişi  məqsədi ilə “ Oriqami” uşaq birliyi  İdman zalının mərkəzində “ 4 yol ayrıcı“ dekorasiyasını qurmuş, burada 4 ”işıqfor” yerləşdirilmiş, piyadalar üçün 4 “keçid zolağı” salınmışdı. 4 tərəfdən yol ayrıcını “səkilər” əhatə edir və yolun hüdudlarını göstərirdilər.

“ 4 yol ayrıcı“- na xüsusi aşırma geyimlərdən istifadə edən uşaqların cəlb olunması prosesi canlandırır və maraqlı oyun əsnasında iştirakçılara yol hərəkətinin təhlükəsizlik qaydalarını nümayiş etditrməyə imkan yaradırdı. 30 nəfər məktəblinin hər biri,  prosesə cəlb olunmuşdular.Onlar , həm piyada rolunda ,həm də  xüsusi  geyimləri  ilə - üzərində çəkilmiş  gösrtəricilərlə - yol patrul xidmətinin əməkdaşı”, ”tramvay”, “tpoleybüs”, “avtobus” ,”minik maşını”, ”yanğından mühafizə avtomobilı”, ”taksi”, “ yük maşını”, ”təcili yardım” biri birindən fərqlənsələr də, ümumi yol hərəkəti prosesinin, piyada mədəniyyətinin formalaşmasında fəal iştirakçılara çevrilmişdilər.

“Yeniyetmələrə yol hərəkətinin  təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” yekun tədbiri saat 12-00 da başladı. Layihənin rəhbəri N.Nəcəfov tədbirə toplaşanları salamladı, “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin məktəblilər üçün fərdi təhlükəsizlik baxımından  böyük əhəmiyyətini  qeyd etdi. Sonra  “4 yol ayrıcı“ dekorasiyası üzərində şagirdlərin iştirakı ilə rollu, situativ oyun keçirildi.30 şagird layihə nətiçəsində əldə etdikləri bilikləri, qazandıqları düzgün ,təhlükəsiz davranış qaydalarını əyani olaraq, nümayiş etdirdilər.

Layihənin yekun tədbirində iştirak edən C,Cabbarlı adına 187 № li tam orta məktəbin TTİDM T.T.Cəbiyeva., TİIDM E.Həsənova, UBRT X.Məhərrəmova, psixoloq A.Həsənova şagirdlərin piyada mədəniyyətinə yiyələnmələri  istiqamətində nümayiş etdirdikləri təhlükəsiz davranış qaydalarını, onların uğuru kimi qeyd etdləri və məktəblilərə həmişə yol hərəkəti təhlükəsizliyi qaydalarına riayət etməyi tövsiyyə etdilər.

Yekun tədbirdə  məktəbin pedaqoji kollektivinin iştirakı ilə şagirdlərə loqolu Sertifikat, loqolu Hədiyyə çantası, loqolu xüsusi geyim dəsti təqdim edildi..187 № li tam orta məktəbə layihənin Posteri və Vımpel təqdim olundu.

Şagirdlər tədbirdən razı qaldılar və ruh yüksəkliyi ilə  ayrıldılar. QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin maliyyə yardımı ilə Sabunçu rayonu, Maştağa qəsəbəsində icra olunan “Yeniyetmələrə yol hərəkətinin  təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsi məktəblilərdə məmnunluq doğurdu. Oğlan və qızlar yeni-eni  layihələrdə iştirak etmək arzularını bildirdilər. 

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 İyun 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri