Icma.az
close
up
RU
“Gültəkin Hacıbəyli, müdafiə etdiyi Əli Kərimli kənarda qalıbsa...” Rəfail Becanov

“Gültəkin Hacıbəyli, müdafiə etdiyi Əli Kərimli kənarda qalıbsa...” Rəfail Becanov

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Gültəkin Hacıbəylinin bilmədiyi və unutduğu çox məsələ var. Xatırlatmaq və ya yadına salmaq da bəzən kifayət etmir. Amma reallıqları qəsdən təhrif etmək kimliyindən asılı olmayaraq özünə siyasətçi deyən şəxsə başucalığı gətirmir.

Gültəkin Hacıbəyli ölkədə mövcud siyasi açılım prosesinin 2019-cu ildə başlaması və uğurla davam etməsi ilə bağlı cəmiyyətə yalan məlumat verməklə, həqiqəti təhrif edir.

Hacıbəyli müsahibələrinin birində deyir ki, hakimiyyət cəmiyyətlə dialoqa getməli, xalqla bütövləşməli, iqtidar-müxalifət dialoqu da buna xidmət etməlidir. Təbii ki, Gültəkin Hacıbəyli xalqla bütövləşmənin real durumunu, bariz nümunənin 2020-ci ilin 44 günlük müharibə və 2023-cü ildə birgünlük antiterror əməliyyatları zamanı yaşandığını qəsdən etiraf etmir”. 

Bunu “Cebhenfo.az” xəbər poralı və “Cümhuriyət” qəzetinin rəhbəri Rəfail Becanov deyib.

O bildirib ki, Azərbaycan cəmiyyəti bu bütövləşməni də, dialoq mühitini də yaşayıb və yaşayır:

“Əgər Gültəkin Hacıbəylinin təmsil etdiyi təşkilat, müdafiə etdiyi Əli Kərimli prosesdən kənarda qalıbsa, bu da onların günahıdır. Ölkədə siyasi açılım 2019-cu ildə başlayıb və dinamik formada da inkişaf edir.

Yeni siyasi konfiqurasiya və iqtidar-müxalifət dialoqu qəsdən yaradılmış, illərlə mövcud olan barışmazlıq və kəskin antifikirlilik tendensiyalarını aradan qaldırdı. Sivil və müasir siyasi münasibətlər sistemi yarandı.

Reallıqdır ki, bu gün Azərrbaycanda iqtidar-müxalifət münasibətləri, dialoq mühiti mövsümi xarakter daşımır, siyasi normalardan birinə çevrilib”. 

R.Becanovun fikrincə, bunun nəticəsidir ki, bu gün partiyalar siyasi institut olaraq formalaşır, inkişaf edir və cəmiyyətdə, ölkənin ictimai-siyasi həyatında öz yerini tutur:

“Siyasi partiyaların fəaliyyətinin stimullaşdırılması və onların fəaliyyətinin genişlənməsi üçün ofislə təmin olunmaları, siyasi partiyalar haqqında yeni qanunun qəbulu, seçkilərə qatılan partiyaların qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən maliyyələşdirilməsi prosesin çoxdan başlamasının və uğurlu nəticələrinin göstəricisidir. 

Gültəkin Hacıbəyli dialoq, bütövləşmə sə s. kimi pafoslu sözlərdən istifadə edərkən, özünü, təmsil olunduğu Milli Şuranı və ya Əli Kərimlini nəzərdə tutursa, bu, növbəti müştəbehlikdir.

Kimsə onlara dialoqda iştirakı, seçkilərə qatılmağı qadağan etməyib. Sadəcə, özləri sosial bazanın olmaması, radikal düşüncələrinin dəstəklənməməsinə görə prosesdən kənarda qalıblar. 

Yəni bunun da yeganə səbəbi özləridir. Müasir Azərbaycan cəmiyyəti illər əvvəlki cəmiyyət deyil. Sivil və qarşılıqlı faydalı əməkdaşlığa dəstək verir. Radikalizmin törətdiyi kataklizmləri yaşamaq istəmir və buna görə də onları dəstəkləmir.

Ona görə də istər Gültəkin Hacıbəyli, istər Əli Kərimli başqalarını günahkar hesab etmək əvəzinə öz fəaliyyətlərini korrektə etsələr, daha faydalı olardı. Təəssüf ki, Əli Kərimli, Gültəkin Hacıbəyli və onlarla eyni düşüncənin daşıyıcıları hələ də bunu dərk etmirlər”.

“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Fevral 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see334

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see243

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see236

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see167

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see151

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see149

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see137

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see135

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see135

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri