Icma.az
close
up
RU
Deputat Ramiz Mehdiyev qvardiyası ndan yazdı: Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli...

Deputat Ramiz Mehdiyev qvardiyası ndan yazdı: Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli...

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

"Tarix sübut edib ki, dövlətlərin tənəzzülü heç vaxt yalnız xarici düşmənlərin hücumu ilə başlamır. 

Bu proses ilk növbədə, daxili sütunların zədələnməsi, idarəetmə mexanizminin "virusa" yoluxması ilə baş verir. Azərbaycanın müasir siyasi tarixində bu "virusun" adı uzun illər boyu pərdə arxasında qalmış, lakin dağıdıcı təsiri bütün sferalarda hiss olunur. 

Söhbət akademik Ramiz Mehdiyevdən və onun illər boyu formalaşdırdığı, həm iqtidar daxilində, həm də müxalifət düşərgəsində kök salmış xəyanət şəbəkəsindən gedir". 

"Cebheinfo.az" xəbər verir ki,  bunu deputat Ceyhun Məmmədov deyib. O bildirib ki,  bu gün gəlinən tarixi mərhələdə artıq açıq şəkildə bəyan etmək lazımdır ki, bu şəbəkə sadəcə siyasi rəqib yox həm də dövlətə xəyanət etmiş mütəşəkkil bir qüvvədir:


"Ramiz Mehdiyev uzun illər Azərbaycan hakimiyyətində  "ideoloji ata" rolunu oynayıb. Lakin zaman və faktlar göstərdi ki, onun qurduğu sistem dövlətin inkişafına deyil, şəxsi ambisiyaların və korporativ maraqların qorunmasına xidmət edib. O, dövlət idarəçiliyində ona verilən etimad və sədaqəti məhv edərək, sədaqət adı altında itaətkarlığı təbliğ edən bir mühit yaradıb. 

Lakin onun ən böyük xəyanəti idarəetmə ilə məhdudlaşmırdı. Mehdiyev dövlətin milli təhlükəsizlik maraqlarına zidd olaraq, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittiham olunur və həmçinin ölkə daxilində süni siyasi gərginliklər yaratmaqda, islahatları bloklamaqda və Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqla məşğul olurdu. Onun fəaliyyəti mahiyyət etibarilə dövlətin daxildən zəiflədilməsinə yönəlmiş şüurlu bir sabotajdır.

Ramiz Mehdiyevin qurduğu bu çirkin oyunun ən təhlükəli hissəsi isə "müxalifət" adlanan cinahla qurduğu gizli simbioz əlaqələrdir. Cəmiyyətə illərdir "barışmaz müxalifət" kimi təqdim olunan Əli Kərimli, Gültəkin Hacıbəyli və Cəmil Həsənli kimi fiqurlar, əslində bu böyük ssenarinin aktyorlarıdır.

Əli Kərimli illərdir radikal ritorika ilə cəmiyyəti qütbləşdirən, lakin real siyasi nəticə əldə etməyən bu şəxsin fəaliyyəti, diqqətlə analiz edilib düşünüləndə və araşdırılanda, Mehdiyevin "köhnə qvardiya"sının maraqlarına xidmət etdiyi asanlıqla məlum olur. Onun radikallığı Mehdiyevə islahatçı qüvvələri əzmək və sərt idarəçiliyi əsaslandırmaq üçün lazım olan "xaos görüntüsü"nü təmin edirdi.

Gültəkin Hacıbəyli və Cəmil Həsənli isə bir vaxtlar dövlət strukturunda və ya ona yaxın mövqelərdə çalışması və sonradan bu şəxslərin qəfil "radikal demokrat"a çevrilməsi təsadüfi deyil". 

Faktlar və siyasi analiz göstərir ki, onların fəaliyyəti müstəqil iradədən qaynaqlanmır:

"Onlar Ramiz Mehdiyevin siyasi sistem daxilindəki təsirini itirdiyi məqamlarda "xarici təzyiq" və "daxili narazılıq" imitasiyası yaratmaq üçün istifadə edilən alətlərdir.

Bu şəxslərin Ramiz Mehdiyevlə əlaqəsi sadəcə siyasi taktika deyil, xalqın etimadına və dövlətin strateji hədəflərinə qarşı birgə xəyanətdir.

Bu gün Azərbaycan cəmiyyəti həqiqətlə üz-üzədir. Biz görürük ki, illərdir davam edən "iqtidar-müxalifət" qarşıdurmasının bir qismi, əslində, eyni mərkəzdən idarə olunan saxta bir oyun imiş. Ramiz Mehdiyev "boz kardinal" olaraq dövlətin resurslarını sümürərkən, adlarını çəkdiyim bu "müxalifətçilər" də həmin sistemin dolayısı ilə qoruyucuları olublar. 

Onlar xalqın enerjisini boş şüarlarla tükədərək, əsl demokratik inkişafa və milli birliyə mane olublar.Bu məsələlər aydınlaşandan sonra həqiqətən milli xəyanətin sadəcə torpaq satmaqla ölçülmədiyini, həmçinin millətinin gələcəyini, ümidini və siyasi şüurunu girov götürməyin ən böyük xəyanət olduğu məlum olur. 

Bü gün siyasi sferada gerçəklərin üzə çıxdığı bir zamanda Ramiz Mehdiyevin, Əli Kərimlinin, Gültəkin Hacıbəylinin və Cəmil Həsənlinin eyni zəncirin həlqələri olması aydın olur. Nəticədə onların hər biri, öz rollarına uyğun olaraq, Azərbaycan dövlətçiliyinə qarşı cinayət ortağıdırlar. Əlbəttə, artıq tarix bu səhifəni bağlayır. İndi zaman bu xəyanət şəbəkəsini tam ifşa etmək, onları siyasi tarixin arxivinə göndərmək və Azərbaycanın gələcəyini bu kölgələrdən təmizləmək zamanıdır.
Hazırda hər birimiz fəxr hissi ilə ədalətin bərqərar olmasına, müasir Azərbaycanın öz tarixinin ən şərəfli və qüdrətli dövrünü yaşamasına şahidlik edirik. Ölkəmiz artıq dünyada söz sahibi olan, tam müstəqil, suveren və demokratik bir hüquq dövlətidir. 

Bu uğurların təməlində isə Ulu Öndər Heydər Əliyevin ideyaları və bu ideyaları qətiyyətlə davam etdirən Cənab Prezident İlham Əliyevin uzaqgörən, müdrik və milli maraqlara söykənən siyasəti dayanır.
Cənab Prezidentin "Dəmir Yumruğu" təkcə işğalçı düşmənin başını əzmədi, o, həm də dövlətin daxilində kök salmağa çalışan, xalqın birliyinə qəsd edən xəyanətkar şəbəkələrin belini qırdı. Dövlət başçımızın hər zaman vurğuladığı kimi, "Azərbaycanın taleyini yalnız Azərbaycan xalqı həll edir.

"Heç bir xarici qüvvə, heç bir daxili təxribatçı qrup bizim iradəmizə təsir göstərə bilməz. Cənab Prezident hadisələrə hər zaman ədalət gözü ilə baxır, ağ ilə qaranı seçir və xalqın rifahı naminə ən doğru qərarları verir və şükürlər olsun ki, bu gün Azərbaycanın təhlükəsizliyi etibarlı əllərdədir. 

Bizim peşəkar, vətənpərvər və dövlətə sədaqətli hüquq-mühafizə orqanları var. Son dövrlərdə atılan addımlar bir daha sübut etdi ki, dövlətə xəyanət edən, milli maraqları satan və "siyasətçi" adı altında gizlənərək təxribat törədən heç bir kəs cəzasız qalmır.
İllərdir xalqı aldadan, dövlət içində dövlət yaratmaq istəyən və ya xarici dairələrin sifarişi ilə ölkəmizə qara yaxan xəyanətkar ünsürlərə qarşı hüquq-mühafizə orqanlarımız tərəfindən tamamilə qanuni və lazımi tədbirlər görülür. Ədalət öz yerini tapır. Bu, Azərbaycan dövlətinin gücünün və qanunun aliliyinin ən bariz nümunəsidir.
Bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək əmindir ki, dövlətimizə uzanan hər bir xəyanət əlini liderimiz kəsəcək və Azərbaycanın inkişafına heç bir qüvvənin mane olmasına icazə verməyəcək.

Uca Allah müstəqil Azərbaycanımızı, onun memarı olan dövlətimizi və Müzəffər Ali Baş Komandanımız Cənab Prezident İlham Əliyevi qorusun!

 Yaşasın Güclü və Qüdrətli Azərbaycan!
Yaşasın Müzəffər Ali Baş Komandan İlham Əliyev!" 

"Cebheinfo.az"

Açar sözlər: Ramiz Mehdiyev Əli Kərimli Gültəkin Hacıbəyli Cəmil Həsənli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Dekabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri