Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Rəfail Becanov: “Mehdiyev sifarişçi, Əli Kərimli isə icraçı idi”

Rəfail Becanov: “Mehdiyev sifarişçi, Əli Kərimli isə icraçı idi”

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, AXCP Əli Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Cinayət Məcəlləsinin 278.1 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddəsi ilə şübhəli şəxs qismində tanınıb. Onunla yanaşı, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimliyə də ittiham irəli sürülüb.

O, Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunur.

Bundan başqa, Milli Şuranın sədri Cəmil Həsənli DTX-də şahid qismində ifadə verib. Milli Şura üzvü Gültəkin Hacıbəyli isə Türkiyədə saxlanılıb və onun da artıq Azərbaycana deportasiya edildiyi xəbəri yaıylıb.

“Cebhe.info” xəbər portalının və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov müsahibəsində uzun illər əvvələ dayanan Ramiz-Mehdiyev-Əli Kərimli əlaqələrindən danışıb

- Qərb dəyərlərini müdafiə etdiklərini deyənlər Rusiyanın adamı Ramiz Mehdiyevlə necə əməkdaşlıq edə bilərdi? Bu, necə paradoksdur?

- Qərbə inteqrasiyadan danışıb Ramiz Mehdiyevlə birlikdə olmaq absurddur. Bu, siyasi manipulyasiya və ictimai fikri aldatmaqdır. Azərbaycanda Rusiya propaqandası oturuşmur. Ona görə də Qərb dəyərlərindən danışmaqla ətraf toplamağa cəhd edilir və edilib. Müxalifət adı altında Qərb dəyərlərindən danışıb Rusiyanın Milli Şura layihəsində yer almaq, onun kuratorunun tapşırıqlarını icra etmək siyasi konyukturadır.

Bu hərəkət sahiblərinin Ramiz Mehdiyevdən heç bir fərqi yoxdur. Yəni bir gəminin sərnişinləridir.

Fərqli adlarla Rusiyaya bağlı planın icraçılarıdır. Buna görə də məsuliyyətləri də bərabərdir. Dövlətə, xalqa xəyanətin bədəli ödənməlidir. Bundan artıq nə olmalıdır ki?

- Milli Şuranın Rusiya layihəsi olduğu yarandığı zamandan məlum idi. Bunu vaxtilə o şurada təmsil olunanlar da etiraf edib. Rusiyanın planlarının icrasına isə həmişə Ramiz Mehdiyev rəhbərlik edib…

- Birmənalı olaraq, Rusiya proyekti olan Milli Şuranın yaradılması müxalifət adına ən utanverici səhifədir. Milli Şuranın Rusiya layihəsi olması ilk gündən məlum idi və zaman-zaman da bunun haqqında deyilib.

Bu layihədə yer almaq elə Vətəni satmaq deməkdir. Azadlığını, müstəqilliyini qurbanlarla, qan bahasına azad etdiyimiz bu ölkəni biz yenidən Rusiyanın maraqlarına necə qurban verə bilərdik?

AXCP və Əli Kərimli o planın əsas fiqurlarından biri idi və bu gün də Milli Şuranı saxlamaq cəhdi həmin planın hələ də gündəmdə olmasının göstəricisidir.

- Onun ictimai dəstəyinin olmaması da bununla bağlıdır?
- Hər şeyin bir zamanı var. Əli Kərimli “Ramiz Mehdiyev işi”nə görə istintaqa cəlb edilib və bu gün məhkəməyə çıxarılacaq. İndi onun xaricdə məskunlaşan tərəfdarları yazırlar ki, Qərb artıq məsələyə biganə deyil. Bu, heç nəyi dəyişmir. Məsuliyyətdən bu fikirlərlə yayınmaq mümkün deyil.

Söhbət Qərbən, ya Şimaldan getməməlidir.

Söhbət Azərbaycandakı ictimai fikirdən, hansı reaksiyanın olmasından getməlidir. Azərbaycan ictimai fikri Əli Kərimlinin evində “Ramiz Mehdiyev işi” ilə bağlı axtarış aparılmasına, onun dindirilməsinə və bu iş üzrə istintaqa cəlb edilməsinə, məhkəmə qərarına hansı reaksiyanı verir?

Bu günü, bu vəziyyəti Əli Kərimli özü yaradıb. Necə ki, Əli Kərimli Şimaldan, Cənubdan gələn sifarişləri əsas götürüb, sadə azərbaycanlını unudub, eləcə də, sadə azərbaycanlılar üçün də o maraqlı deyil.

- Əli Kərimli ilə Ramiz Mehdiyevin işbirliyi, bu tandemlə bağlı çox danışılır…

- Təbii ki, kimliyindən asılı olmayaraq, siyasətçinin həbsini istəyən, arzulayan yoxdur. Amma hökumət əlində ciddi əsaslar olmadan bu addıma gedəcək qədər sadəlövh deyil. Görünür, hələ də ictimiyyətə açıqlanması məqbul bilinməyən ciddi məsələlər var və məhz bu səbəbdən də Əli Kərimli “Ramiz Mehdiyev işi”nə görə istintaqa cəlb edilib. Digər tərəfdən, Mehdiyevin Milli Şuranın üzvü Gültəkin Hacıbəyliyə verdyi mülklərlə bağlı kifayət qədər informasiya, sənədlər var.

Heç ictimi fikir də bunu inkar etmir. Bu qənaət Əli Kərimlinin fəaliyyəti ilə təsdiqlənir. 2019-cu ilin oktyabr ayının 19-da Əli Kərimli mitinq elan etdi və icazə verilib-verilməməsindən asılı olmayaraq, mitinqi öz istədiyi yerdə keçirəcəyini bildirdi. Eləcə də tərəfdarlarını özünün müəyyənləşdirdiyi marşrut üzrə mitinqə çağırdı. Hüquq mühafizə orqanları icazəsiz mitinqin qarşısını aldı və Əli Kərimli özü də saxlanıldı. Daha sonra sərbəst buraxıldı.

Bir neçə gün sonra, 23 oktyabr 2019-cu ildə Ramiz Mehdiyev vəzifəsindən azad edildi və Əli Kərimlinin də o gün-bu gün bircə dəfə də mitinq arzusu olmayıb. Bu, nəyi ehtiva edir? Adi vətəndaş üçün məntiq nə deyir? Məntiqin göstərdiyi bir ünvan var – Mehdiyev mitinq sifarişçisi, Əli Kərimli isə icraçısı idi. Mehdiyev hakimiyyət rıçaqlarını itirən kimi Əli Kərimli dəstəksiz qaldı və mitinqlər şousu da bitdi.

Mitinq üçün sosial baza, vəsait lazımdır. Mehdiyev vardısa, bu şərtlər rahat yerinə yetirilirdi. O getdi, bununla da AXCP-nin mitinq təşəbbüsü qeybə çəkildi. Bütün bunlar işbirliyinə dəlalət edən ciddi faktorlardır.

- Yəni Mehdiyev Kərimliyə həm də pul verirdi?

- Kimsə kiməsə nəsə verəndə və ya alanda, onu məxfi edir. Amma sifariş və icraçı arasında hökmən bir sövədələşmə olur. Məsələ mitinqdirsə, burada bir neçə detal xüsusi ilə önəmlidir. Sosial baza, mitinqin təşkili, iştirakçıların təminatına vəsait lazım olur.

İcraçı həm də sifarişçinin istəyinə uyğun addım atır. AXCP-nin mitinqləri də Mehdiyevin əlində əsas rıçaqlardan idi. Bunu isə ictimai-siyasi arenada olanlar yaxşı bilirdi. Çünki mitinqlər üçün sosial sifariş yox idi. Bu mitinqlər xüsusi sifarişli mitinqlər olurdu.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Dekabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see653

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see328

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see312

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see307

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see300

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see297

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see277

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see276

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see269

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see268

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see254

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see252

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see230

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see220

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see219

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see213

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see209

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see205

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri