Icma.az
close
up
RU
Gülümsə, professor, gülümsə...

Gülümsə, professor, gülümsə...

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Yaxşı ki, Azərbaycanda doğuldun, getdin işığın bizə qaldı


Niyazi Mehdi  öyrənməyi öyrədən bir öyrətmən idi



Azərbaycanın görkəmli filosofu, professor, fəlsəfə elmləri doktoru, yazıçı və publisist Niyazi Mehdi dünyasını dəyişib. Onun vəfatı Azərbaycan elmi və ədəbi ictimaiyyəti üçün ağır itkidir.

Qeyd edək ki, Niyazi Mehdi bir neçə gün əvvəl vəziyyətinin ağırlaşması səbəbilə reanimasiya şöbəsinə yerləşdirilib.  O, 28 fevral tarixində 74 yaşında vəfat edib. Niyazi Mehdi ilə vida mərasimi Göy məsciddə keçirilib. Fəlsəfə elmləri doktoru Maştağa qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun ailə üzvləri, müxtəlif ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mehdiyev Niyazi Musa oğlu 1951-ci il fevralın 26-da Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Ağdam 1 saylı şəhər məktəbində ibtidai, Bakı 158 saylı şəhər məktəbində orta təhsil alıb. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib (1968–1973). M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində estetika üzrə təhsil alıb (1973–1976). M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun fəlsəfə kafedrasında müəllim (1977–1982), baş müəllim (1982–1984) işləyib. Həmin kafedrada dosent vəzifəsində çalışırdı (1984-cü ildən). "Kinematoqrafın estetik təhlilində semiotik yenidən araşdırmanın yeri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib (1979). Doktorluq dissertasiyası Orta çağ müsəlman, eləcə də Azərbaycan mədəniyyətinin semiotik-struktur təhlili üzərində qurulub.

Ədəbi fəaliyyətə 1970-ci illərdən başlayıb. Milli ədəbiyyat və estetik mədəniyyət tarixini müasir elmi-nəzəri meyar və fəlsəfi ümumiləşdirmələrlə tədqiq edir. Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olur. Dövri mətbuatda müntəzəm çıxış edir. İngilis dilindən elmi tərcümələri var.

İctimai xadimlər, ədəbiyyat adamları sosial şəbəkələrdə Niyazi Mehdinin ölümü ilə bağlı üzüntülərini paylaşıblar. 

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Fazil Mustafa qeyd edib ki, Niyazi Mehdi orta çağ müsəlman, eləcə də Azərbaycan mədəniyyətinin kamil semiotik-struktur təhlilini aparıb: “O, həmçinin milli ədəbiyyat və estetik mədəniyyət tarixini çağdaş elmi-nəzəri meyar və fəlsəfi ümumiləşdirmələrlə araşdırıb. Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olan görkəmli alim, dövri mətbuatda davamlı, yaddaqalan çıxışlar edib. Onun kitabları həmişə maraqla qarşılanıb. Niyazi müəllimin bütün doğmalarına başsağlığı verir, toxtaqlıq diləyirəm! Ocağı sönməsin, ruhu şad olsun!”.


Professor Qulu Məhərrəmli:

- Təfəkkür və düşüncə, danışıq və yazı üslubu, davranış və yanaşma tərzi ilə tamamən fərqli və yenilikçi olan professor Niyazi Mehdi vəfat edib. O təkcə filosof və görkəmli elm adamı deyildi, fəlsəfənin əhatə etdiyi bütün sahələrdə böyük alim, bilik daşıyıcısı, əsl intellekt və ideoloq idi. İnsan və dost kimi də bənzəri yox idi. Vəfatı çox ağır itki oldu…  Allah rəhmət eləsin!


“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu isə deyib ki, bu dünyadan bir Niyazi Mehdi keçdi: 

“Konseptual katibimiz, professorumuz, dərin filosofumuz, əski dostumuz, köşə yazarımız... Yaşlandıqca, ürəyimiz dost - tanış məzarlığına dönür. Allah rəhmət eləsin!”.


Şair, tərcüməçi, şərqşünas-alim Nəriman Qasımoğlu isə kədərini “dünyamızı bir filosof, yazıçı tərk etdi” sözləri ilə ifadə edib. O deyib ki, dərin, orijinal, maraqlı, düşündürən, fəal bir dərrakə yiyəsi Niyazi Mehdi: 

“Nə yaxşı durmadan, yorulmadan yazdınız, Niyazi bəy!

Hamıya açıq oldunuz, qiymətli düşüncələrinizi ən fərqli auditoriyalardan, ictimaiyyətdən heç zaman əsirgəmədiniz, səxavətlə, ilhamla paylaşdınız, zəka xəzinəmizi zənginləşdirdiniz. 

Bütün bunların mükafatı Tanrıdan. Haqq aləminə köçünüz mübarək! Ruhunuz şad!”.


Fəlsəfə elmləri namizədi Müşfiq Şükürov:

- Bir kitabını və bir neçə müsahibəsini oxumuşdum. Bir dəfə də hansısa konfransda iki-üç dəqiqəlik söhbətimiz olmuşdu. 

Mənim üçün filosof universitet divarlarını aşan şəxsdir. O divarlar arasında maaşa baxan professorlar olur. Niyazi Mehdinin bu sərhədləri aşması xoşuma gəlirdi. Müsahibələrində və fəlsəfi yanaşmalarında çox səmimi idi. Həqiqətin kökünü təkcə oxuduğu kitablarda deyil, yaşamında, duyğularında da axtarırdı və özüylə bağlı ən intim xatirələri belə paylaşmaqdan çəkinmirdi. Bir dəfə oğluna əsəbiləşib üstünə qələmi atmasından və qələmin də uşağın üzünə batmasından çox qorxduğu və peşman olduğunu yazmışdı. Buna cəsarət lazımdır. Savadlı adamlarda az rast gəlinən... Təəssüf ki, savadlı olmaq çox zaman qorxaq olmaq anlamına gəlir. Amma həqiqət də qınından, universitet divarlarından, ictimai şüurun, zamanın gözləntilərindən çıxmağı bacaran insanlara müyəssər olur. Allah rəhmət eləsin, Ustad. Sağ ol ki, tariximizin ən qarışıq zamanlarının birində həmvətənlərinin şüurlarını düşüncələrinlə durultmağa  çalışırdın.



Şair Aqşin Yeniseyin sözlərinə görə, Niyazi Mehdi  öyrənməyi öyrədən bir öyrətmən idi:

 “Oxuduğum heç bir kitabında "belə düşünün" iddiası yox idi, bütün kitabları "belə də düşünmək olar" düşüncəsinin örnəkləriydi. Bu gün səhər isə o, bizə daha bir örnək göstərdi:

Belə də yaşamaq olar! Belə də ölmək olar!”.


Yazar Pərviz Cəbrayıl:

"Təsəllimiz var yenə də: gedən cismindi, işığın bizə qaldı".


Yazar Cəlil Cavanşir:

- Əziz dostumuz, işıqlı insan, fəlsəfəçi, ədəbiyyatşünas, yazıçı və tərcüməçi Niyazi Mehdi vəfat edib. Son 20 ildə tanıdığım, ünsiyyətdən zövq aldığım çox orijinal və maraqlı insanlardan biri idi Niyazi müəllim.


Şair Arzu Əsəd isə qeyd edib ki, Niyazi Mehdinin vəfatı sosial şəbəkələrdə tez-tez rast gəlinən "bizdə filosof varmı?" sualını yenidən aktuallaşdırıb:

 “Cəfər Cabbarlının "Sevil" əsərində iki bir-birini tamamlayan obraz var: Məmmədəli bəy və Əbdüləli bəy. Məmmədəli bəy inkarçıdır, nihilistdir. Onun həyat kredosunu, dünyabaxışını bu sözlər ifadə edir: "Deyirlər gün var - doğru deyil, ay var - doğru geyil, deyirlər dünya var - doğru deyil, vəssalam!". Əbdüləli bəyin də daimi cavabı belə olur: "Doğrudur, mən də elə bu saət onu düşünürdüm". Cəfər Cabbarlının həyatdan götürülmüş bu milli tipləri öz varlıqlarını indi də sosial şəbəkələrdə davam etdirirlər. "Bizdə filosof varmı?" kimi məkrli suallar və ya "bizdə filosof yoxdur" kimi hökmlər məmmədəli bəylərin bugünkü ictimai şüura sırımaq istədikləri önyarğılardır, xəbislikdir, düşüncənin inkişaf qanunlarını anlamamaqdır, yarımhəqiqətçilikdir, birtərəflilikdir. Bu məmmədəli bəylər bilərəkdən, ya da bilməyərəkdən standartları çox əlçatmaz götürürlər, meyarları, ölçüləri, dəyərləndirmə qaydalarını təhrif edirlər. Onlar şairin dediyi kimi, "Nə yaradar, nə də qurar, Yaradana ağız burar, Quyu qazıb tələ qurar, Ev də yıxar asta-asta" prinsipi ilə yaşayan bədxahlardır. Onlar özləri özləri ilə bacarmırlar. Əqrəb öz yaradılış xüsusiyyətinə görə onu belinə mindirib suyu keçirən canlını da çalmalıdır”.


A.Əsədin sözlərinə görə, Niyazi Mehdi və onun kimi neçə fəlsəfi düşüncə sahibimiz, filosofumuz bu ağrılı-acılı, məhrumiyyətli onilliklərimizdə Azərbaycan ictimai şüurunu belinə yükləyib bu bitib-tükənməyən keçid dövründən keçirdənlərdir: 

“Yüzlərlə gənc az, ya çox dərəcədə onlardan düşünmə, anlama sənətini öyrəndilər. Başqa bir böyükhəcmli yazıda onun ədəbi-fəlsəfi şüurumuza qatdığı düşüncə açılışlarını təhlil etməyə çalışacam. Düşüncə və vicdan sahibləri onun və bu dövrün fəlsəfi düşüncə sahibi, filosof kimi tanıdığımız şəxslərin ucalığını, fədakarlığını və daşıdıqları ada necə layiq olduqlarını çox gözəl anlayırlar. Məmmədəli bəylərin olmağı, daha doğrusu, kimlərdəsə məmmədəli bəyliyin olmağı labüddür, bəzən də lazımdır, zəruridir, inkarları yaradıcı və müəyyən həddə olanda. Amma ey məmmədəli bəylərin mütləq inkarçı hökmlərinin altında "Elə mən də bu saət onu düşünürdüm" yazan əbdüləli bəylər, siz niyə varsınız? Sizin çoxluğunuz, kütləviliyiniz, züytutanlığınız, qırverənliyiniz, qrupbazlığınız, önyarğılı təəssübkeşliyiniz... ictimai şüurun istiqamətlənməsi naminə gedən bu düşüncə savaşında tərəzinin gözünü əyməkdən, su bulandırmaqdan, bu millətin fədakar düşüncə adamlarını ləkələmək və gözdən salmaqdan başqa bir işə yaramır... Allah bu millətin dəyərli düşüncə adamına, filosof  Niyazi Mehdiyə rəhmət eləsin!”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Fevral 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see256

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see223

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see221

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see214

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see201

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see194

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see193

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see192

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see191

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see188

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see188

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see186

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see184

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see177

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see176

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see175

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see173

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see168

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see165

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri