Icma.az
close
up
RU
“Kupça”sız evi olanlara şad xəbər: “Kupça” almaq asanlaşır (VİDEO)

“Kupça”sız evi olanlara şad xəbər: “Kupça” almaq asanlaşır (VİDEO)

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Yeni binalardan mənzil alan vətəndaşların əksəriyyəti bina istismara qəbul edilmədiyi üçün kupça əldə edə bilmirlər. Bu isə mənzillərinin pulunu tam ödəsələr də onlara mülkiyyətçi hüququ vermir və buna görə bir sıra problemlər yaranır.

BAKU.WS-in məlumatına görə, XəzərTV kupça olmadan mənzilinizi Daşınmaz Əmlakın Reyestri Xidmətində qeydiyyatdan keçirərək mülkiyyət hüququ əldə etməyin yolunu araşdırıb.

Yeni binalarda mənzil alarkən evin kupçası olmasa belə mənzili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata aldırmaq və bununla da həmin mənzil üzərində mülkiyyətçi hüquqlarını təmin etmək mümkündür. Bir çox vətəndaş bunu bilmədiyinə görə pulunu tam ödəməsinə baxmayaraq öz mənzili üzərində qərar vermək hüququna malik deyil. Yeni binalarda mənzili qeydiyyata aldırmaq həm tikintisi başa çatmayan, həm də tikintisi başa çatıb ancaq istismara qəbul olunmayan binalarda mümkündür. Qabaqcadan qeydiyyata alma deyilən bu proses Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun 17-ci maddəsi ilə tənzimlənir. Mənzili dövlət qeydiyyatına aldırmaq isə o qədər çətin bir proses deyil. Mənzilini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata aldırmaqla vətəndaşlar mənzilləri ilə bağlı bir sıra problemləri həll etmək imkanı əldə edirlər. Əgər vətəndaş yeni binalardakı mənzilini Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində qeydiyyata aldırmaq üçün müraciət edərsə və mənfi cavab alarsa bu hüququnu inzibati-iqtisad məhkəmələrinə müraciət etməklə əldə edə bilər. Bununla bağlı məsələlərdə sənədlər qaydasındadırsa məhkəmələr mütləq qaydada vətəndaşın xeyrinə qərar çıxarır. Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz. Videonu izləmək üçün şəkilə klikləyin. Ziya Səccad BAKU.WS

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 May 2026 05:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri