Icma.az
close
up
RU
Gülümsəmək sədəqədir ... Xarici ölkələrdə gülən insanlara pozitiv baxırıq, özümüzə yaraşdırmırıq

Gülümsəmək sədəqədir ... Xarici ölkələrdə gülən insanlara pozitiv baxırıq, özümüzə yaraşdırmırıq

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Doğrudanmı, çox gülən adama qeyri-ciddi baxılır?

İnsanların ətrafa təbəssüm bəxş etməsi cəmiyyətdə pozitiv qarşılanmalıdır. Bəzən böyüklərin gənclərə “az gül”, “az danış” deməsi onları çərçivəyə salması deməkdir.  Məgər gülməyin səddi var? Gülmək daxildən gələn təbii bir hisslərin mənzərəsidir, axı. Elə ağlamaq kimi...

Təəssüf ki, küçədə öz-özünə gülümsəyən adama, hətta "dəli" kimi baxanlar da var. Amma biz başqa millətlərdə, xarici ölkələrdə gülən insanları gördükdə pozitiv baxırıq və bu hərəkəti alqışlayırıq. Özümüzə gülməyi, əyləncəni niyə yaraşdırmırıq? Amma bədbin adam görəndə, “nə bədniyyətdir, nə neqativ adamdır” deyirik. O cür adamları bəyənmirik, hətta onlardan gen gəzirik.

Gülüş insanın ömrünü uzadır, əhval-ruhiyyəni qaldırır. Elmdə gülüş terapiyası deyilən bir ifadə var. Tədqiqatçılar araşdırıblar ki, gülüş terapiyası insanlarda narahatlıq səviyyəsini əhəmiyyətli dərəcədə azaldır və həyat məmnuniyyətini artırır.

Həyat çox uzun deyil. Hər kəsin özünə görə sıxıntıları var. Gözləntilərimizin bir qismi olmaya bilər, amma bir qismi gerçəkləşir. Nə qədər ki, həyatda anamız-atamız, övladlarımız, bacı-qardaşımız və sevdiyimiz insanlar var, onları tez-tez qucaqlayaq, onlarla görüşək, xoş söhbətlər edək. Dünyadan köçənlər varsa, onları gözəl xatirələrlə yada salaq. Əbədi deyilik. Dünyaya əlimizdən gəldiyi qədər müsbət baxaq.

Hz. Peyğəmbər çox sədəqə (Allah rızası üçün verilən pul, mal-G.H) verə bilmədiyinə görə Hz.Əliyə buyurur ki, “Təbəssüm et, bu da sədəqədir”. Yəni bununla “xoşbəxt ol” demək istəyib.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Oktyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri