Icma.az
close
up
RU
GÜMRÜ BAZASI RUSİYANIN CƏNUBİ QAFQAZDAKI JANDARMI

GÜMRÜ BAZASI RUSİYANIN CƏNUBİ QAFQAZDAKI JANDARMI

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Son günlər Cənubi Qafqaz regionunda təhlükəsizlik və qüvvələr balansı yeni mərhələyə qədəm qoyur.

Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasında qeyri-adi hərbi fəallıq müşahidə olunur.

Rusiyaya məxsus yük təyyarələrinin ard-arda bazaya enməsi ağır texnika, döyüş sursatı və logistik avadanlıqların daşınması region ölkələrinin narahatlığını artırır.

Ukrayna Kəşfiyyat Xidmətinin yayımladığı xəbərlərdə qeyd olunur ki, Rusiya bu baza üzərindən Cənubi Qafqaz ölkələrinə – xüsusilə də Azərbaycana – dolayısı ilə təzyiq mexanizmi qurmaq niyyətindədir.

Məlumat üçün xatırladırıq ki, Gümrü bazası 1995-ci ildə Ermənistanla Rusiya arasında imzalanmış sazişə əsasən fəaliyyətə başlamış və 25 illik müddətə Rusiya Silahlı Qüvvələrinin istifadəsinə verilmişdir. 2010-cu ildə bu saziş 2044-cü ilə qədər uzadılmışdır.
Bu baza yalnız Ermənistanın “təhlükəsizlik zəmanəti” kimi deyil, həm də Rusiya üçün NATO-nun cənub-şərq cinahında strateji dayaq nöqtəsi kimi qiymətləndirilir.
Burada tanklar, zirehli döyüş maşınları, artilleriya sistemləri, MiQ-29 qırıcıları və zenit-raket kompleksləri yerləşdirilib.

Rusiya–Qərb qarşıdurmasının kəskinləşməsi, Ukraynada müharibənin uzunmüddətli xarakter alması və region ölkələrinin – xüsusilə də Azərbaycanın – müstəqil siyasət yürütməsi ;  Kremlin narahatlığını artırıb.

Bu fonda Gümrüdəki hərbi aktivlik üç əsas səbəblə izah oluna bilər:

1. Azərbaycanın artan strateji çəkisi və müstəqil mövqeyi – Rusiya üçün əvvəlki  təsir imkanlarını itirmək deməkdir.
 2. Zəngəzur dəhlizi məsələsində Azərbaycanın qərarlı iradəsi – Ermənistanı və onun arxasında dayanan qüvvələri təşvişə salır.
 3. Türkiyənin regionda güclənməsi və NATO ilə koordinasiyası – Kremlin “tarazlıq siyasəti” üçün əsas təhlükəyə çevrilir.

Müşahidələr göstərir ki, Ermənistan bu dəfə də ikili oyun nümayiş etdirir:

- Rəsmi İrəvan bir tərəfdən Avropa İttifaqı ilə münasibətləri genişləndirir, ABŞ və Fransa ilə yeni hərbi əməkdaşlıq formatları axtarır;

- Digər tərəfdən isə Rusiya bazasının gücləndirilməsinə susqunluqla  razılıq verir.

Bu, Ermənistanın klassik ikili xarici siyasət taktikasının bir nümunəsidir.
Yəni:
– Vaşinqtona “Qərbə inteqrasiya etdik” mesajı ;
– Moskvaya isə “Sizə hələ də ehtiyacımız var” deyilir.

Beləliklə, hadisələrin inkişafı fonunda bölgədə bir neçə risk ssenarisi meydana çıxır :
1. Azərbaycan üçün - Gümrü bazasının döyüş qabiliyyətinin artırılması ; Naxçıvan və Qarabağ bölgəsindəki balanslara təsir edə bilər.

2. Gürcüstan üçün -Rusiya bazasının güclənməsi Tbilisidə NATO inteqrasiyası planlarına qarşı təzyiq aləti kimi istifadə oluna bilər.

3. Türkiyə üçün - Rusiya hərbi varlığının sərhədlərə yaxınlaşması ; NATO–Rusiya qarşıdurmasını sərtləşməsinə səbəb ola bilər.

4. İran üçün - Gümrüdəki rus varlığı Tehran üçün də ikili mənzərə yaradır: – həm ABŞ-ın bölgəyə yaxınlaşmasına qarşı tampon, həm də Rusiya ilə maraqların toqquşma meydanı.

Proseslər davam edir ; lakin hələ ki , Qərbdə bu məsələyə açıq reaksiya yoxdur. Lakin oda məlumdur ki, ABŞ və Fransanın Ermənistana silah yardımı və "müşahidə missiyalarını" göndərməsi ;  Kreml üçün ciddi narazılıq doğurub.

Bu narazılığın nəticəsi kimi Gümrü bazasına silah-sursat axını Moskvanın "səbrinin tükəndiyini" göstərir.

Rəsmi Bakı hələlik məsələyə rəsmi münasibət bildirməsə də, Azərbaycanın prinsipial mövqeyi aydındır:
Heç bir xarici qüvvənin bölgədə balansı pozmasına və ya təhdid yaratmasına icazə verilməyəcək.

Azərbaycan bu vəziyyətdə aşağıdakı üç əsas istiqamətdə fəaliyyət göstərir:
1. Türkiyə ilə hərbi-strateji əməkdaşlığını dərinləşdirir;
2. Regional təşəbbüslərdə – xüsusilə Zəngəzur dəhlizi layihəsində – qətiyyət nümayiş etdirir;
3. Diplomatik platformalarda Rusiya ilə dialoqun davamına çalışır, lakin müstəqilliyini və milli təhlükəsizliyini güzəştə getmir.

Düşünürük ki, Gümrüdə baş verənlər təsadüfi deyil. Bu, Cənubi Qafqazın yeni təhlükəsizlik memarlığı uğrunda gedən səssiz mübarizənin tərkib hissəsidir.

Hesab edirik ki, Rusiyanın hərbi mesajı qarşısında region ölkələri sülh və əməkdaşlıq modelini qoruyub saxlamaq üçün daha diqqətli və ehtiyaylı olmalıdırlar.

Qəvami SADIQBƏYLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 İyul 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see326

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see156

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see153

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see148

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri