Icma.az
close
up
RU
RUSİYANIN TƏHDİDLƏRİ FONUNDA CƏNUBİ QAFQAZDA GEOSİYASİ REALLIQ

RUSİYANIN TƏHDİDLƏRİ FONUNDA CƏNUBİ QAFQAZDA GEOSİYASİ REALLIQ

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistanı NATO ilə əməkdaşlıq məsələsində riskləri nəzərə almağa çağırıb.

Bundan başqa Rusiyanın digər yüksəkçinli siyasətçiləri də eyni mövzuda ardıcıl şəkildə açıq bəyanatlar verirlər :

- Rusiya XİN rəhbəri Sergey Lavrov son çıxışlarında Cənubi Qafqaz ölkələrinin NATO və Qərblə əməkdaşlıq planlarına qarşı sərt mövqe sərgiləyib. Onun fikrincə, NATO-nun regiona yaxınlaşması sabitliyə təhdiddir.

- Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dəfələrlə bildirib ki, Rusiyanın maraqları Cənubi Qafqazda “qırmızı xətt” kimi qalır və bu xətlərin keçilməsi “ciddi nəticələrə səbəb ola bilər”. 

- Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də son aylarda verdiyi bəyanatlarda Qafqaz regionunda “kənar oyunçuların” artan təsirini xüsusi olaraq vurğulayıb.

Məlumdur ki, “NATO” deyərkən Rusiya siyasətçiləri əslində regiondakı əsas NATO üzvü olan Türkiyənin rolunu nəzərdə tuturlar.

Çünki Rusiyanın uzun illər “dondurulmuş münaqişə” kimi saxladığı Qarabağ münaqişəsinin aradan qaldırılmasında və status-kvonun birdəfəlik sona çatdırılmasında Türkiyənin böyük rolu olduğunu bütün dünya , eləcə də Rəsmi Moskva yaxşı bilir. 

Kreml görür ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Rusiyanın təsir dairəsini aşır.

Bundan əlavə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması təşəbbüsləri Moskvanı narahat edir.

Rəsmi Moskva bilir ki, bu proses başa çatsa ; yəni , Ermənistan Türkiyəyə yaxınlaşsa Rusiya regiondakı ənənəvi mövqelərini itirmək təhlükəsi ilə üzləşəcək.

Açıq-aydın görünür ki, Rusiya siyasətçilərinin bu cür bəyanatları əslində Azərbaycan və Ermənistana qarşı açıq təhdididir. Azərbaycanın mövqeyi isə dəyişməzdir.

Rəsmi Bakı balanslı siyasət kursunu davam etdirir. Dost ölkələrlə, xüsusilə də qardaş Türk Dövlətləri Təşkiıatı (TDT) ilə əməkdaşlığı möhkəmləndirir.

Bu siyasət Cənibi Qafqaz Regionunda sabitliyin təmin olunmasına xidmət edir.

Rusiyanın ardıcıl , sərt və qərəzli bəyanatları Azərbaycanın milli maraqlarını qorumaq əzmini dəyişə bilməz.

Qəvami Sadıqbəyli

12 İyun 2025-ci il

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 İyun 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri