Icma.az
close
up
RU
Gümrüdən “qan iyi” gəlir: iki gün sonra...

Gümrüdən “qan iyi” gəlir: iki gün sonra...

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Martın 30-da Ermənistanın ikinci böyük şəhəri Gümrüdə növbədənkənar mer (həm də Şəhər Şurasına) seçkilər keçiriləcək. Bəllidir ki, növbədənkənar seçkilər oktyabrın 28-də Gümrü meri Vardqes Samsonyanın istefasından sonra təyin edilib. Dekabrda keçirilən praymerizlərdən sonra hakim “Vətəndaş müqaviləsi” Gümrü şəhərinin meri vəzifəsinə Sarik Minasyanı namizəd kimi seçib.

Seçkilərdə Paşinyan partiyasınan başqa 5 partiya və üç siyasi blok iştirak edir.

Müxalifət qüvvələri hakim partiyanın nümayəndəsinin mer olmasına imkan verməməkdə qərarlıdır. Martın 27-də səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları müxalifətin “Ana Ermənistan” alyansının ofisində, qərargah rəhbəri Ara Voskanyanın mənzilində və “Ana Ermənistan” alyansının baş ofisində axtarışlar aparıblar.

“Ana Ermənistan” alyansının bir neçə tərəfdarının mənzillərində də axtarışlar aparılır.

“Hazırda Gümrüdə müxalifətlə bağlı baş verənlər Nikol Paşinyanın reytinqinə olan təhdidlərlə bağlıdır”, – müxalifətçi deputat İşxan Saqatelyan jurnalistlərlə söhbətində axtarışları şərh edərkən belə deyib. "Bütün bunlar onu deməyə əsas verir ki, biz bir dəli ilə məşğuluq və onun əlində olan hüquq-mühafizə orqanlarının əməkdaşları onun qeyri-qanuni sərəncamlarını yerinə yetirirlər. Baş prokuror artıq çoxdandır ki, dövlət maraqlarının müdafiəçisi kimi çıxış etməyi dayandırıb, əksinə, sırf Paşinyanın qanunsuz göstərişlərini yerinə yetirən məmur kimi çıxış edir", - Saqatelyan bildirib.

“Vətəndaş Müqaviləsi” daxilində də ciddi gərginlik yaşanır və mer postuna namizəd Sarik Minasyana qarşı partiya daxilində belə ciddi müxalifət var. Ona “narahat olma, hər şey yoluna qoyulacaq” deyilsə də, əslində, vəziyyət düşündüyündən çətindir.Vardan Qukasyanın seçkiyə qoşulması isə digər namizədlər üçün ciddi problemdir, çünki onun Gümrüdə real seçici dəstəyi var. Onu “kriminal aləm” ilə əlaqələndirməyə çalışsalar da, Qukasyanın seçiciləri mövcuddur. Martun Qriqoryan da ciddi seçici bazasına sahibdir və Qukasyan ailəsi ilə uzun illərdir davam edən düşmən münasibətləri var.

Digər namizəd Ruben Mxitaryan isə siyahıdakı ən yeni fiqurdur və siyasətdə, eləcə də şəhər həyatında “təzə sima” hesab edilir.

Paşinyan bu seçkiləri mümkün qədər kriminal kontekstdə aparmaq niyyətindədir. Hakimiyyətin əsas arqumenti belə olacaq: “Yenidən atışma və qətl istəyirsiniz? İstəmirsinizsə, “Vətəndaş müqaviləsi”ni seçin!” Paşinyan “ Vətəndaş müqavilə”sinin nümayəndələrinə xəbərdarlıq edib ki, əgər Minasyan uduzsa, buna görə partiyanın bölgə üzrə bütün rəhbərliyi cavab verməli olacaqlar. Hakim partiyanın Gümrü təşkilatında da parçalanma var. Partiyanın yerli sədri Karen Saruxanyan mer namizədi Sarik Minasyanla demək olar ki, əlaqə saxlamır.

Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://pravda.az
archiveBu xəbər 27 Mart 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see152

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see139

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see136

Almaxanım ana oldu

04 İyul 2025 15:22see127

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see126

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XXIX YAZI)

04 İyul 2025 14:31see126

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see125

Yaponyalı alimlərdən xərçəng xəstələrini sevindirəcək kəşf

04 İyul 2025 14:40see124

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see124

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see123

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see121

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see121

Küləkli hava: Sarı və narıncı xəbərdarlıq

04 İyul 2025 07:40see120

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see119

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see118

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see117

Çin Avropa İttifaqı ilə ticarət müharibəsinə qoşulur...

04 İyul 2025 19:05see116

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see115

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see115

Səhnədə badə qaldırdı, yerə yıxıldı Video

04 İyul 2025 23:48see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri