Laçın Rayon Polis Söbəsinin əməkdaşları 300 ə yaxın çətənə bitkisi və silah sursat aşkarlayıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Laçın Rayon Polis Söbəsinin əməkdaşlarının Ağcabədi rayonu Taxta Körpü qəsəbəsi ərazisində həyata keçirdikləri əməliyyat tədbiri zamanı narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasını təşkil edən Şıxəli İsmayılov saxlanılıb.
APA xəbər verir ki, onun yaşadığı ünvana baxış zamanı həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 300-ə yaxın çətənə bitkisi aşkarlanıb. Həyət ərazisindəki tikililərdən isə qurudulması üçün asılan 83 ədəd çətənə bitkisinin hissələri, eləcə də həşiş qətranı, marixuana və çətənə toxumları da müəyyən edilib. Bundan başqa oradan 1 ədəd avtomat, 1 ədəd tüfəng, 2 ədəd tapança, həmin silahlara məxsus 8 ədəd daraq və 400 ədəd patron da aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb, Ş.İsmayılov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 05 İyul 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















