Gümüş yeni tarixi zirvəni yenilədi
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Qlobal əmtəə bazarlarında gümüş qiymətləri tarixi maksimumu yeniləyib.
Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, spot gümüş 1% artımla 69,98 dollar səviyyəsinə qalxaraq rekord vurduqdan sonra 69,70 dollarda dayanıb.
İlin əvvəlindən bu yana gümüşün qiymət artımı 141%-i keçib. Analitiklər bu sürətli yüksəlişi bazardakı təklif çatışmazlığı, sənaye sektorundan artan tələb və investisiya axınları ilə izah edirlər. Nəticədə gümüş gəlirlilik baxımından qızılı geridə qoyub.
Analitiklər bildirib ki, bayram mövsümündə likvidliyin azalması səbəbindən qısamüddətli ucuzlaşma müşahidə oluna bilər. Bununla belə, ticarət həcmlərinin bərpası ilə yüksəliş tendensiyası yenidən sürətlənəcək.
Uzunmüddətli perspektivdə gümüş üçün 75 dollar səviyyəsinin real hədəf olduğu düşünülür.
Cavid, BakuPost
Baxış sayı:35
Bu xəbər 23 Dekabr 2025 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















