Icma.az
close
up
RU
Gün ərzində nə qədər şəkər qəbul etmək olar?

Gün ərzində nə qədər şəkər qəbul etmək olar?

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ümumiyyətlə, şəkəri və onun növlərini iki qismə bölmək olar:

Sərbəst şəkərlər - qidaya və ya içkilərə qatıla bilən, həmçinin bal, meyvə şirələri və meyvə şirə konsentratları, bitki və meyvə əsaslı şərbətlər (siroplar) formasında mövcud olanlar.

Təbii şəkərlər - süd və meyvələrin tərkibində mövcud olur.

Şəkəri hansı formada və miqdarda qəbul etmək haqqında müxtəlif mənbələrdə müxtəlif məlumatlar vardır. Birləşmiş Krallığın “Qida üzrə Milli Elmi Məsləhət Komitəsinin” (SACN) məsləhətləri sərbəst şəkərin istehlakı haqda daha aydın təsəvvür verir. Belə ki, bu komitəyə əsasən şəkər sutkalıq enerji qəbulunun 5%-indən daha az olmalıdır. Bunu daha dərindən anlamaq üçün aşağıdakılar nəzərdən keçirilməlidir:

- 4- 6 yaş həddində olan uşaqlar sutkada 19 qramdan və ya 5 çay qaşığından çox sərbəst şəkər qəbul etməməlidirlər.

- 7-10 yaş həddində olan uşaqlar sutkada 24 qramdan və ya 6 çay qaşığından çox sərbəst şəkər qəbul etməməlidirlər.

- 11 yaş və ondan yuxarı olan uşaqlar və böyüklər sutkada 30 qramdan və ya 7 çay qaşığından çox sərbəst şəkər qəbul etməməlidirlər.

Bu həddləri nəzərdə saxlayaraq qeyd etməliyik ki, 330 ml miqdarında olan şirin qazlı içkinin tərkibində 35 qram və ya 9 çay qaşığı sərbəst şəkər var.

Əslində şəkər düşündüyümüz kimi yalnız şirin ərzaqların, şirin içkilərin və şirniyyatların tərkibində deyil, həmçinin müxtəlif növ içki və ərzaqların tərkibinə dad artırmaq məqsədi ilə əlavə edilir.  Şəkərin əlavə edildiyi gözlənilməyən ərzaqlara konservləşdirilmiş lobya və paxlalılar, çörək, salat sousları, ketçup, konservləşdirilmiş tərəvəzlər, tərəvəz turşuları da aiddir.

Ərzağın tərkibində şəkərin olub-olmadığını yoxlamaq üçün mütləq onun tərkibinə nəzər yetirilməlidir:

- Əlavə edilmiş sərbəst şəkərlər bəzən sadəcə olaraq şəkər kimi qeyd edilmir. Şəkərə gizli adlar verilir ki, bunlara aqave nektarı, qarğıdalı şirinləşdiricisi, dekstroz, bal, qarğıdalı şərbəti (siropu), sukroz, fruktoz, qlükoz və doşab kimi adlar aiddir.

- Tərkibdə qeyd olunan inqridiyentlərin sırası onların çoxluq göstəricisidir. Yəni ən öndə gələnlər sonrakılardan daha çox olması deməkdir.

- Əlavə aydınlıq üçün ərzağın qablaşdırmasının üzərində verilən əlavə Qida Məlumat panelinə də fikir verin. Burada istənilən növ şəkər sadəcə şəkər kimi qeyd edilir ki, bu da 100 qram ərzağın tərkibində neçə qram şəkərin olduğunu bildirir.

Müəllif: Laura Matthews

Mənbə: www.jamieoliver.com

Vib.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri