Icma.az
close
up
RU
Gün gələcək, o, yenidən doğacaq...

Gün gələcək, o, yenidən doğacaq...

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Allahşükür QURBANOV

Heydərbaba, gün dalını dağlasın,

Üzün gülsün, bulaqların çağlasın,

Uşaqların bir dəstə gül bağlasın,

Yel gələndə ver gətirsin bu yana,

Bəlkə mənim yatmış bəxtim oyana.

Məhəmmədhüseyn Şəhriyar

Yatmış bəxtin hələ də oyanmayıb,

Azadlıq çırağı hələ yanmayıb.

Zalımların zülmü də dayanmayıb,

İldırımlar yenə də çaxmaqdadır,

Həsrətlilər o taydan baxmaqdadır.

Heydərbaba, yolun bağça-bağ olsun,

Üzün gülsün, elin-oban sağ olsun,

Azadlığın əlində bayraq olsun,

Qoca Təbriz öz dilində dil açsın,

Tozlu, qəmli küçələri gül açsın.

Heydərbaba, göz yaşına baxan yox,

Abad edənlər az, yaxıb-yıxan çox,

Milyonlar ac, ağaların qarnı tox,

Ac ölkələr cəhənnəmə dönübdür,

Çoxlarının ümid şamı sönübdür.

Nüvə yarışması sona çatmayır,

Yatmışları top səsi oyatmayır,

Gənclərimiz səksəkədə, yatmayır,

Deyirlər ki, müharibə olacaq,

Yer üzündə üç-beş ölkə qalacaq.

Heydərbaba, qara günlər ağ oldu,

Qeyrət hissi əllərdə bayraq oldu,

Qələbəmiz düşmənlərə dağ oldu,

Ölkəmizin şan-şöhrəti ucaldı,

Millətimiz yağılardan bac aldı.

Heydərbaba, Şəhriyar bir dağ idi,

Şeirimizin önündə bayraq idi,

Nə olaydı, o qalaydı sağ indi,

Qarabağın bu günlərin görəydi,

Şeirdən gül qoxan çələng hörəydi.

Heydərbaba, ötən ötdü, qayıtmaz,

Şəhriyarlı günlərinə gün çatmaz,

O, günəşdi - parlaq, əbədi - batmaz,

Gün gələcək, o, yenidən doğacaq,

O ellərdə qaranlığı boğacaq.

Gəlişiylə zülmət, zillət itəcək,

Həsrət ağrıları sona yetəcək,

Xarıbülbül Təbrizdə də bitəcək,

Bakı Təbriz tutuşacaq əl-ələ,

Dastan olub düşəcək dildən-dilə.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Oktyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri