Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

İsrail və HƏMAS arasında tarixi razılaşma...

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

Tramp Harvarda 30 gün vaxt verdi

Kreml Ukrayna ilə bağlı şərtlərini açıqladı: Zəmanət verilməlidir

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Gün gələcək...

Gün gələcək...

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi


Biz Şuşadan Laçına gedən yolun başlanğıcında yenidən milli əlifbamızın iri hərflərilə “SALATINKƏND” yazacağıq


Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın ölümündən 34 il keçib. Əsgərova Salatın Əziz qızı 1961-ci ildə dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna indiki Azərbaycan Dövlət Akademiyasına daxil olub.

1988-1989-cu illərdə Qarabağda baş verən hadisələr, azərbaycanlıların başına gətirilən hadisələr Salatın Əsgərovanı tamam başqa sahəyə gətirib. Universitetin Mühəndislik fakültəsini bitirsə də, o, jurnalist kimi fəaliyyət göstərməyə başlayıb. “Molodyoj Azerbaydjana” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Qəzetin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazıb, tez-tez cəbhənin qaynar nöqtələrində olub. Həmçinin heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib, onları yanlış yoldan geri çağırmağa çalışıb.

1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulur və elə oradaca qətlə yetirilir.

Qeyrətli vətən qızı Salatından geriyə torpaq üçün göstərdiyi qəhrəmanlıqları, vaxtında hazırladığı reportajları qalıb. Vəfatından sonra Azərbaycanın qəhrəman qızı Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Salatın Əziz qızı Əsgərovaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. 

Salatın Əsgərova Azərbaycanın parlaq vətənpərvər simalarından biridir. O, jurnalist fəaliyyəti ilə yanaşı, vətənə olan sonsuz sevgisi ilə yaddaşlarda iz qoyub. Qarabağ münaqişəsinin ən çətin dövrlərində Salatın Əsgərova xalqın səsini dünyaya çatdırmaq, doğma torpaqların haqq mübarizəsini işıqlandırmaq üçün böyük cəsarət göstərib. 

Bu baxımdan müasir gənclərə, xüsusən gənc jurnalistlərə şəhid Salatın Əsgərova kimi vətənpərvər jurnalistlərin tanıdılması çox vacib iş, mühüm bir addımdır. 

Salatın Əsgərova Qarabağ müharibəsi dövründə cəbhə bölgəsinə səfərlər edərək, operativ və obyektiv xəbər və reportajlar hazırlayaraq həmin dövrdə Azərbaycan həqiqətlərinin yayılması, Qarabağ müharibəsi haqqında həqiqətin üzə çıxması, obyektiv məlumatların yayılmasına çalışıb.

Hazırda ölkəmizin təbliğatı naminə Azərbaycanın müxtəlif xarici dillərdə bilən jurnalistlərə ehtiyacı olduğu qədər həmin dövrdə də, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında məhz Salatın Əsgərova kimi qəhrəman və vətənpərvər jurnalistlərə ehtiyac var. Salatın Əsgərova öz həyatını peşəsinə, Vətəninə qurban verəcək qədər şücaətli və cəsarətli bir gənc olub. 

Azərbaycanın Milli Qəhrəmanı, vətənpərvər, milli qeyrətli jurnalist Salatın Əsgərova 30 yaşında namərd erməni gülləsindən şəhid olub. Bu igid xanımın Bakıdakı rusca “Azərbaycan gəncləri” (“Molodyoj Azerbaydjana”) qəzetindəki müxbir işi və gündəlik ailə həyatı barədə iş yoldaşları, qohum-qonşuları kifayət qədər danışıblar. Amma onun Qarabağın qaynar nöqtələrindəki jurnalist fəaliyyəti haqda danışa bilən nadir insanlar var. Belə şəxslərdən biri də şuşalı jurnalist Kərim Kərimlidir. Gənclərə örnək jurnalistin  mübariz fəaliyyətindən söz açan K.Kərimli deyib ki, rəhmətlik Salatın Əsgərova həddindən artıq vətənpərvər, Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən düşmənlərə hədsiz nifrət bəsləyən bir xanım idi: “Salatın Əsgərovanın ölüm xəbəri ildırım sürəti ilə bütün Şuşaya, buradan da bütün ölkəyə və bütün dünyaya yayılmışdı.

Salatın xanımla biz əvvəllər tanış deyildik. Mən onun yalnız imzasını tanıyırdım. Şuşaya gəldiyi zaman biz onunla görüşdük, tanış olduq və mən onun xidməti işinin lazımi səviyyədə yerinə yetirilməsi ilə əlaqədar bəzi xahişlərini həyata keçirtdim.

Şuşadan Laçına gedəndən bir gün qabaq da biz görüşmüş və söhbət etmişdik. Mən ondan Laçına getməməyi xahiş etməmişdim. Lakin məsləhət də bilməmişdim. Bəzi tövsiyələr vermişdim. O, jurnalist kimi məndən təcrübəli və yaşca da (iki yaş) böyük olsa da, o yerlərə və yerli şəraitə mən ondan, təbii ki, daha yaxşı bələd idim. Erməni terrorçu qrupların da heç nəyə baxmadan, qadın, uşaq, qoca, xəstə, yaralı, jurnalist, həkim… demədən, fərqinə varmadan qanına qəltan etdiklərinin şahidi olmuşdum və bilirdim ki, bu bir reallıqdır. Şuşaya kənardan gələn təpərli jurnalistlər, adətən, buna inanmaq istəmirdilər.


Bizim sözümüzə də bəzən baxmırdılar. Belə faciəli taleni yaşayanlardan biri də o vaxtlar Kərkicahanda erməni yaraqlıları tərəfindən güllələnən “Mayak” radiostansiyasının müxbiri Leonid Lazareviç olmuşdu.

Almaniyadan gələn jurnalistləri isə yalnız möcüzə hesabına salamat qurtara bilmişdik. Xanım jurnalisti isə mən öz əllərimlə pulemyot güllələrin in altından çıxartmışdım. Özüm neçə dəfə bu cür dəhşətlərdən xilas ola bilmişdim”.

K.Kərimlinin sözlərinə görə, Salatın Əsgərova yanvarın 9-u səhər saatlarında Laçından Şuşaya qayıdırmış. Laçından Şuşa istiqamətində yolun cəmi 5-6 kilometrliyində yerləşən, Şuşa rayonunun Qaladərəsi (sağdan) və Yeğsahoğ (coldan) kəndlərinin tuşundakı körpünün yanında erməni terrorçu qrupu onu Şuşaya gətirən “UAZ” markalı hərbi avtomobilin qarşısını kəsərək atəşə tutub. Gülləbaran nəticəsində Salatınla yanaşı onu müşayiət edən və səki-səki, təhlükəsizliyini təmin etməyi öz üzərinə götürmüş Laçındakı sovet ordusu hissələrinin batalyon komandiri, podpolkovnik O.Larionovu, Laçın rayon Hərbi komendantlığının qərargah rəisi, mayor İ.İvanovu və sürücü, serjant İ.Qoyeki də öldürüblər. 

Şuşalı jurnalistin dediyinə görə, hadisə yerinə birinci gedənlərdən olub: “O zaman Salatın xanımın qətlə yetirilmiş vəziyyətdə ilk şəkillərini və eləcə də üzərində 17 güllə deşiyi aşkar görünən “UAZ”ın ilk fotolarını da mən çəkmişdim.

Çox təəssüf ki, Azərbaycanın ozamankı rəhbərliyi Salatın Əsgərovanın meyitinin Bakıya hay-küylə gətirilməsinin əleyhinə idi. Mümkün qədər onun Şuşada ləngidilməsini istəyir, mümkün olsa, heç gətirilməməsinə, olmasa, bunun çox sakit bir şəkildə edilməsinə çalışırdı. Paytaxtda gərginlik hökm sürür, mitinq isə artıq başlamışdı. Ermənilərin də marağında idi ki, Salatının öldürülməsi hadisəsi səs-küysüz ötüşsün. Jurnalistin rus həbçiləri ilə birlikdə yolu kəsilərək öldürülməsi erməni terrorçu qruplarını ifşa edirdi. Jurnalistin öldürülməsi ermənilərin guya “müstəqillik” uğrunda, “milli müqəddəratın təyin edilməsi” uğrunda apardıqları “dinc” “mübarizə”nin iç üzünü açır, əslində, bunun bir separatizm və Ermənistanın ərazi iddiasından başqa bir şey olmadığını sübut edirdi. Və bu çirkin məqsədə çatmağın da əsas yolu, vasitəsi kimi terror, diversiya, qətl və millətlərarası münasibətlərə ağır zərbə vuraraq, vətəndaş müharibəsi törətməyi seçdiklərini göstərirdi. Azərbaycan hökuməti isə hadisəni beynəlxalq aləmə car çəkərək, cinayəti və cinayətkarları, terroru və terrorçuları, eləcə də onları himayə edənləri ifşa və ittiham etmək əvəzinə, ölkə ictimaiyyətindən də gizlədirdi.

Biz o zaman Şuşa rayon Daxili İşlər Şöbəsinin rəis müavini işləyən, polis kapitanı, cəsur insan və peşəkar polis işçisi olan Eldəniz Quliyevə müraciət etdik. Eldəniz müəllim şöbənin qorxmaz əməkdaşlarından ibarət bir silahlı dəstə ilə bizi Ağdamadək müşayiət etməyə razılıq verdi. Tabutu çox cəsur və igid bir cavan oğlan olan, sonralar da Şuşanın müdafiəsində ad çıxaran və çox təəssüf ki, Şuşanın işğalından iki il sonra Bakıda avtomobil qəzasında həlak olan Gülağa Ağayevin idarə etdiyi, rayon mədəniyyət şöbəsinə məxsus “Kuban” markalı avtokluba qoyduq. Salatın Əsgərovanın tabutunun Bakıya keçirilməsinə mane olmaq barədə Bakının, Stepanakertin rəhbərliyinin, Ağa körpüsündən Ağdamın Qarağacı qəbiristanlığınadək Şuşa – Ağdam yoluna nəzarət edən rus hərbçilərinin və Şuşadakı bəzi rəhbər işçilərin fikirləri üst-üstə düşürdü. Ona görə də cənazə olan avtoklubdan Şuşa ilə Xankəndi arasındakı Ağa körpüsündən Ağdamla Əsgəran arasında yerləşən Qarağacı qəbiristanlığındakı postadək olan yolu çox çətinliklə keçə bildik. Düz üç dəfə ermənilər maşınımıza hücum etdilər və hər dəfə də Eldəniz Quliyevin rəhbərliyi ilə Şuşa polislərindən və bir neçə nəfər də bizim könüllülərdən ibarət silahlı dəstə atışa-atışa bizim maşının Ağdama sağ-salamat çatmasını təmin edə bildi. Ağdamda bizi müşayiət edən silahlı dəstə bizimlə vidalaşıb geri qayıtdı. Biz bundan sonra bir təhlükə olmayacağını düşünərək, rahatca Bakıya üz tutduq. Daha müharibə zonasından çıxmışdıq, bundan sonrakı yolumuzun üstündə erməni terrorçularının olmadığını bilirdik və əmin idik ki, silahlı müşayiətçilərə ehtiyacımız yoxdur. Lakin çox tezliklə məlum oldu ki, yanılmışıq...

Ağdamdan xeyli aralaşmışdıq ki, qəflətən göydən bir helikopter, yerdən isə DAM (Dövlət Avtomobil Müfəttişliyi – indiki DYP/YPX) maşını bizdən avtomobili dayandırmağı tələb etdilər. Gülağa maşını kənara çəkib saxladı. Milliyyətcə, çox güman ki, erməni olmayan başqa bir silahlı dəstə bizə – əliyalın adamlara hücum edərək, jurnalist Salatın Əsgərovanın tabutunu – meyitini alıb helikopterin salonuna qoydu. Bizim “komanda”dan heç kimi helikopterə buraxmadılar və helikopterin qapısını bağlayıb uçdular. Bundan sonra mən Bakıya getmək qərarından daşındım. Uşaqlar Salatın xanımın meyitini alıb aparmış helikopterin arxasınca Bakıya üz tutdular. Mən isə o zaman DQMV və Ermənistanla həmsərhəd bölgələr üzrə xüsusi müxbiri vəzifəsində çalışdığım “Qarabağ” qəzetinin Ağdamda yerləşən redaksiyasına gəldim.

Salatın Əsgərova Bakıda Şəhidlər Xiyabanında dəfn edildi və Azərbaycan prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü... Salatın Əsgərovanın adının və xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda başqa tədbirlər də hayata keçirilib. O zaman Şuşada da belə addımlar atılmışdı. Onun qətlə yetirildiyi yerin yaxınlığındakı kənd o zaman işğaldan azad ediləndən sonra adı dəyişdirilərək, Salatınkənd adlandırılmışdı. Sonralar həmin kəndin – Salatın Əsgərovanın şərəfinə qoyulan Salatınkənd adı – Bakıda kağız üzərində dəyişdirilərək Sarıbaba adlandırıldı. İndi artıq Azərbaycanda nə yer, nə də kağız üzərində Salatınkənd adlı kənd yoxdur.

Mənim isə inandığım bir həqiqət var! Gün gələcək biz Şuşadan Laçına gedən yoldan ayrılıb qıvrıla-qıvrıla yaxınlıqdakı dağların qoynuna qalxan kənd yolunun başlanğıcında yenidən milli əlifbamızın iri hərflərilə “SALATINKƏND” yazacağıq...”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Yanvar 2025 01:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see157

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see124

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see124

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see120

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see119

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see117

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see114

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

29 May 2025 15:10see113

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

29 May 2025 16:23see113

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see113

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

29 May 2025 15:22see112

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see111

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see111

Kreml Ukrayna ilə bağlı şərtlərini açıqladı: Zəmanət verilməlidir

29 May 2025 13:21see111

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri