Icma.az
close
up
RU
Gün qripi” deyilən xəstəlik yoxdur!” Həkimdən sərt xəbərdarlıq

Gün qripi” deyilən xəstəlik yoxdur!” Həkimdən sərt xəbərdarlıq

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bu, insanın öz sağlamlığına qarşı törətdiyi cinayətdir..."

Tanınmış həkim, apiterapist və xalq təbabəti üzrə müalicə mütəxəssisi Seyfəddin Əsəd günvurma ilə bağlı cəmiyyət arasında yayılan yanlış fikirlərlə bağlı Yenisabah.az-a mühüm açıqlama verib.

Mütəxəssis “gün qripi” anlayışının tibbdə olmadığını bildirib: pizza

“Tibbdə günvurma var, amma “gün qripi” deyə spesifik bir şey yoxdur. Gün vurduğu zaman sadəcə qrip halına bənzər əlamətlər müşahidə olunur: burun axıntısı, temperatur, narahatlıq və s. Ancaq bu zaman yeni virusun əmələ gəlməsi mümkün deyil. Orqanizmdə mövcud olan virusun aktivləşməsi baş verə bilər, amma sıfırdan yeni virus yaranması tibbi olaraq qeyri-mümkündür".

Seyfəddin Əsədin sözlərinə görə, belə hallarda insanların özbaşına antibiotik qəbul etməsi ən böyük səhvlərdən biridir:

“Antibiotik qəbul edənlər, istər qrip olsun, istər olmasın, dərmanı düşünmədən içirlər. Bu, insanın öz sağlamlığına qarşı törətdiyi cinayətdir. Çünki dünyanın heç bir ölkəsində bizdəki qədər antibiotik istifadə olunmur. Məsələn, ana uşağına ən xırda temperatur və ya halsızlıq zamanı antibiotik verir, nəticədə uşağın immuniteti zəifləyir. Ən təhlükəlisi isə həkim məsləhəti olmadan bu dərmanları qəbul etməkdir".

Mütəxəssis qeyd edib ki, antibiotiklərin həddindən artıq istifadəsi bəzi xəstəliklərin – xüsusilə də göbələk infeksiyalarının yayılmasına səbəb olur:

"Göbələk xəstəlikləri dünyada ən çox yayılan bölgələrdən biri məhz bizim ölkədir. Mən həkim olaraq İstanbulda aptekdən bir antibiotik tableti almaq istədim, amma reseptsiz vermədilər. Bizdə isə istənilən aptekdən rahatlıqla antibiotik almaq mümkündür. Almaniyada xəstələrin 90 faizində iynə belə tətbiq olunmur. Sadəcə tabletka ilə müalicəyə üstünlük verilir. Ayaq buduna vurulan iynənin burun axıntısına təsiri ola bilməz".

Rəvan Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 İyul 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri