Icma.az
close
up
RU
“Günahkar olduğuna görə yox, azərbaycanlı olduğun üçün işgəncə verirlər….” Gündüz Məmmədov YAZIR...

“Günahkar olduğuna görə yox, azərbaycanlı olduğun üçün işgəncə verirlər….” Gündüz Məmmədov YAZIR...

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Rusiyanın Sverdlovsk vilayətində saxlanılan azərbaycanlılardan ikisi, Səfərov qardaşları vətənə tabutda qayıtdı. Rusiya rəsmiləri ölüm səbəbi kimi “ürək çatışmazlığı” və “küt travma” göstərsələr də, Azərbaycan məhkəmə-tibbi ekspertizası başqa həqiqəti üzə çıxardı: qabırğalar sınıb, plevra yırtılıb, bədəndə hematomalar, ağciyər və beyin qanaxmaları aşkarlanıb.

Qardaşlardan biri sadəcə ölməyib, döyülərək qətlə yetirilib. Bu, qəza deyil. Bu, izahı olmayan qəddarlıqdır. Bu, bir insanın bədənində sistemli işgəncənin izləridir. bu qəza deyil. Bu bir sistemdir.

Bu iş üzrə sağ qalan məhbuslar danışır: döyülüblər, tüfəng dəyənəyi ilə işgəncəyə məruz qalıblar, boğularaq öldürülənlər olub. Onları etmədikləri cinayətləri etiraf etməyə məcbur ediblər. Nəyə görə?

Çünki azərbaycanlıdırlar.
Çünki “qafqazlı”dırlar.
Çünki bu ölkədə belə şeylər mümkündür.

Bu, ayrı-ayrı polislərin vəhşiliyi deyil. Bu, milliyyətə görə tətbiq olunan sistemli zorakılıqdır.

Rusiya uzun illərdir azərbaycanlının, qafqazlının üzərinə “cinayətkar” damğası vurmaqla məşğuldur. Dövlətin əlindəki təbliğat maşını – Solovyov, Skabeeva və onların kimiləri – hər cinayət hadisəsini millətə bağlayır, etnik nifrəti qızışdırır.

Televiziyalar “qonaq”, “diaspora”, “uyğunlaşa bilməyən azlıq” kimi ifadələrlə xalqı qorxuya salır, cəmiyyətə düşmən obrazı sırıyır.

Polis və təhlükəsizlik orqanları isə bu ritorikanı real həyatda dəyənəyə, ləyaqət alçalmasına və zorakılığa çevirir.

Bu, artıq bir media oyunu deyil – etnik təqibin dövlət siyasətinə çevrilmiş formasıdır.

Ukrayna bu sistemi yaxşı tanıyır. Lefortovoda, Olenivkada, işğal olunmuş Krımda insanlar sadəcə ukraynalı olduqları üçün döyüldü, zorlandı, alçaldıldı. Pasportlarına, dillərinə, adlarına görə… Onlar günahkar deyildilər – sadəcə kim olduqlarına görə cəzalandırıldılar.

İndi bu eyni sistem bizim soydaşlarımızı hədəfə alır.

Əgər bir vətəndaşımız işgəncə kameralarında öldürülürsə, bu artıq Rusiya ilə ikitərəfli məsələ deyil. Bu – beynəlxalq cinayətdir. Bu – işgəncə ilə ölüm faktıdır. Və bu, nə birinci haldır, nə də – susulsa – sonuncu olacaq.

Azərbaycanın bu məsələdə susmaq haqqı yoxdur. Sadəcə etiraz bəyanatı yox, konkret hüquqi addımlar atılmalıdır. Dövlətin borcudur:

Azərbaycan Cinayət Məcəlləsinin 12-ci maddəsinə əsasən, xaricdə vətəndaşa qarşı törədilən işgəncə və qətllə bağlı cinayət işi başlatmaq; BMT-nin İşgəncələrə Qarşı Komitəsinə və ya İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsinə dövlətlərarası şikayət təqdim etmək; İşgəncələrə qarşı Konvensiyaİrqi ayrı-seçkiliyin ləğvi haqqında Konvensiya əsasında Beynəlxalq Ədalət Məhkəməsinə müraciətə hazırlıq başlamaq.

Biz dünyaya açıq şəkildə deməliyik:

Azərbaycan vətəndaşı olmaq – təkcə şəxsiyyət vəsiqəsi daşımaq deyil. Bu – qorunmaq, müdafiə olunmaq haqqıdır. Dövlət öz vətəndaşına sahib çıxmalıdır – o, harada və necə öldürülməsindən asılı olmayaraq.

Gündüz Məmmədov

Ukrayna Baş prokurorunun müavini

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 İyul 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri