Günay Arazova: “Zala girən hər kəsin birinci soyunub geyinmə otağında bədəninə baxıram” VİDEO
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qapqara” verilişinin yeni buraxılışının qonağı fitnes model, inkişaf üzrə məsləhətçi Günay Arazova olub. O, Azərbaycanda fitnes sahəsində mövcud vəziyyətlə bağlı tənqidi mövqeyini bölüşüb və peşəkarlıq anlayışının ciddi şəkildə deformasiyaya uğradığını bildirib.
İdman.Biz xəbər verir ki, Günay Arazovanın sözlərinə görə, təkcə sertifikat sahibi olmaq insanı peşəkar məşqçi etmir.
Onun fikrincə, hazırda bu sahə əsasən qazanc üzərində qurulub:
“Sertifikatla məşqçi olmaq mümkün deyil. Fitnes elə vəziyyətə gəlib ki, bəzi məşqçilər pul qazanmaq üçün hər yola əl atırlar. 15 nəfəri bir qrupa salırlar, amma heç kimin problemi ilə fərdi maraqlanmırlar”.
Arazova qidalanma mövzusuna da toxunaraq bu sahədə sui-istifadələrin artdığını vurğulayıb:
“Mənə müraciət edəndə soruşurlar ki, pəhrizləriniz bahalı deyil? Bu sualı eşidəndə ağlamaq istəyirəm. Mən insanlara düzgün qidalanmağı öyrədirəm. Amma elə adamlar var ki, bunu ‘xüsusi resept’ adı ilə satırlar”.
Fitnes model peşəkar idmançı olmağın şəxsi həyatına təsirlərindən də danışıb. O bildirib ki, bu həyat tərzi bəzən ətrafındakı insanlar tərəfindən anlaşılmır:
“Həyatıma qarışmaq istəyənlər çoxdur. Mənimlə tanış olmaq istəyən kişilər ilk olaraq “niyə məşq edirsən, sənin buna ehtiyacın yoxdur” deyirlər. Bu cümləni eşidən kimi dialoqu kəsirəm”.
Onun sözlərinə görə, yaxın çevrəsində olan insanlar da eyni həyat tərzini bölüşməlidir:
“Ətrafımdakı insanların hamısı professional idmançı olmalı və mənim kimi qidalanmalıdırlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 21 Dekabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















