Icma.az
close
up
RU
Günay Əfəndiyeva: “Bu 30 il ərzində ölkələrimizin ortaq keçmişə əsaslanan birliyi bir birinə real dəstəyə çevrilmişdir”

Günay Əfəndiyeva: “Bu 30 il ərzində ölkələrimizin ortaq keçmişə əsaslanan birliyi bir birinə real dəstəyə çevrilmişdir”

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bu il biz iki qardaş ölkənin, qardaş xalqın – Azərbaycan və Özbəkistanın diplomatik münasibətlərinin qurulmasının 30 illiyini qeyd edirik. Amma bizim əlaqələrimizin yaşı minilliklərə söykənir. Biz bunu ortaq dilimizdə, folklorumuzda, adət-ənənələrimizdə, ədəbiyyatımızda hiss edirik”.
Bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Özbəkistanın Xivə şəhərində keçirilən Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumundakı çıxışı zamanı deyib.
Günay Əfəndiyeva iki ölkə arasındakı əməkdaşlığın mədəni-humanitar sahələr ilə yanaşı, siyasi baxımdan da ciddi zəmində baş verdiyini bildirərək, vurğulayıb: “Bu 30 il ərzində ölkələrimizin ortaq keçmişə əsaslanan birliyi bir-birinə real dəstəyə çevrilmişdir. Bu gün ölkələrimizin əməkdaşlığı Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin qardaş münasibətləri və birgə strateji baxışları ilə tamamilə yeni mərhələyə qədəm qoymuşdur. Özbəkistan tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, o cümlədən Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin, Xankəndində tikiş fabrikasının inşa olunması qardaşlığımızın real təzahürüdür”.
Millət vəkili Azərbaycan ilə Özbəkistanın diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə Milli Məclisin Mədəniyyət komitəsi tərəfindən həyata keçirilən fəaliyyətdən bəhs edib:
“Bu xüsusda, 2 ay öncə, Mədəniyyət Komitəsinin, Özbəkistanın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlığı çərçivəsində Bakıda Abdulla Qədirinin məşhur 'Ötən Günlər' romanı əsasında hazırlanmış tamaşanın premyerası böyük təntənə ilə keçirildi. Tədbir çərçivəsində Özbəkistandan Bakıya səfər edən geniş nümayəndə heyəti ilə Milli Məclisdə səmimi görüş keçirdik”.
Günay Əfəndiyeva bu əlamətdar yubiley ilə əlaqədar keçirilən digər tədbirlərə də toxunub: “Daha sonra, - 1 ay əvvəl, növbəti ildönümü tədbiri qədim Gəncədə davam etdirildi. Yazıçı-dramaturg Əmir Pəhləvanın Azərbaycanlı oğlan ilə özbək qızın sadiq məhəbbətindən bəhs edən “Sevənlərindir dünya” əsəri nümayiş olundu, tamaşaçılar tərəfindən maraqla qarşılandı.
Həmçinin, bu il qalasında iştirak etdiyimiz Özbəkistanın lirik komediya janrında çəkilmiş “Çimıldık” filmi ölkəmizdə seyiricilər tərəfindən sevilərək izləndi.
İl boyu bu əlamətdar yubileylə bağlı tədbirlərin həm paytaxtda, həm də Respublikanın regionlarında davam etdirilməsi nəzərdə tutulur”.
Millət vəkili bu konteksdə, parlamentlərarası əməkdaşlığın önəmli rolunu vurğulayaraq, mədəniyyət ilə bağlı bir sıra təklif səsləndirib:
“Biz Azərbaycan Milli Məclisi ilə Özbəkistanın Ali Məclisinin nəzdində birgə mədəniyyət platforması yarada bilərik. Bu platforma vasitəsilə qarşılıqlı mədəni tədbirlər haqqında məlumat mübadiləsi aparmaq və daha sıx əməkdaşlığı inkişaf etdirmək mümkün olacaq.
Azərbaycan və Özbəkistanın tarixi-mədəni zənginliyi “Böyük İpək Yolu Mədəniyyət Marşrutu” adı altında geniş parlamentlərarası layihədə təqdim oluna bilər. Bakıdan Səmərqəndə, Şəkidən Buxaraya kimi davamlı görüşlər keçirib, bir-birimizin bu sahədə qanunvericilik üzrə təcrübələrini bölüşə bilərik.
Biz əsərlərimizin teatrlarda, kinoda, təsviri incəsənətdə və musiqidə qarşılıqlı nümayişini təbliğ edə və dəstəkləyə bilərik.
Ali məktəblərimizin dil fakültələri arasında mübadilə proqramları təşkil oluna bilər - axı bizim dillərimiz çox yaxındır”.
“Düşünürəm ki, mədəniyyət diplomatiyası – səmimi diplomatiyadır. O, imza ilə yox, qəlblə təsdiqlənir.
Bizim könül bağlarımız isə çox qüvvətlidir. Çünki, Özbəkistan, bizim özümüzdür. Biz bu gün özümüzlə görüşürük”, - deyə Günay Əfəndiyeva geyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 İyul 2025 08:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri