Icma.az
close
up
RU
“Bu, mənim üçün önəmli mənəvi hadisə oldu” Günay Əfəndiyeva

“Bu, mənim üçün önəmli mənəvi hadisə oldu” Günay Əfəndiyeva

Icma.az bildirir, 525.az portalına istinadən.

Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən və qədim dini abidələrimizdən olan Zirə Cümə məscidini ziyarət edib.

525.az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.

“Bu gün təmsil etdiyim Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən və qədim dini abidələrimizdən olan Zirə Cümə məscidini ziyarət etmək mənim üçün önəmli mənəvi hadisə oldu. Zirə qəsəbəsinin ağsaqqalı Fərhad Məmmədovun bizimlə birlikdə olması və onunla apardığımız söhbətlər mənim üçün bu ziyarətə əlavə bir dəyər qatdı”, - deyə G.Əfəndiyeva bildirib.

O qeyd edib ki, sözügedən məscid 9 il əvvəl yenidən inşa olunub:

“Məscidin dini icmasının sədri və imamı Hacı Qədir Nəcəfzadənin verdiyi məlumata görə, bu müqəddəs məkanın tarixi Orta əsrlərə söykənir. 2016-cı ildə məscid yenidən inşa olunaraq istifadəyə verilmiş və açılış mərasimində hörmətli Mehriban xanım Əliyeva şəxsən iştirak etmişdir.

Zirə Cümə məscidinin fondunda Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Türkmənistan, İran, İraq və Səudiyyə Ərəbistanından gətirilmiş sənətkarlıq və əl işi məhsulları, dini-mədəni nümunələr yer alır.

Bu isə ölkəmizin beynəlxalq dini-mədəni əməkdaşlığa açıq platforma rolunu bir daha ortaya qoyur.

Bu baxımdan, düşünürəm ki, məscidin gələcəkdəki fəaliyyəti həm dini, həm də mədəni dəyərlərimizin zənginləşdirilməsi və inkişafına önəmli töhfə verəcəkdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Avqust 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri