Icma.az
close
up
RU
Gündə 5000 addım alzheimer xəstəliyindən qorumağa kömək edə bilər

Gündə 5000 addım alzheimer xəstəliyindən qorumağa kömək edə bilər

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Yeni aparılan uzunmüddətli tədqiqat göstərib ki, gündəlik fiziki aktivliyin artırılması alzheimer xəstəliyi ilə əlaqəli beyin dəyişikliklərinin erkən mərhələdə ləngiməsinə kömək edə bilər.

Ölkə.az xəbər verir ki, tədqiqatçılar 14 il ərzində təxminən 300 yaşlı insanı müşahidə ediblər və müəyyən ediblər ki, beyinlərində artıq yüksək miqdarda beta-amiloid (Alzheimerin erkən əlaməti) olan şəxslər fiziki cəhətdən aktiv olduqları halda yaddaş və düşünmə qabiliyyətlərini daha yavaş itirirdilər. Hətta az və ya orta səviyyəli gündəlik hərəkət də müsbət təsir göstərirdi.

Araşdırmaya əsasən, gündə 5000-7500 addım atan şəxslərin zehni qabiliyyətləri, demək olar ki, hərəkətsiz olan insanlara nisbətən iki dəfə daha yavaş azalırdı.

Bununla belə, daha çox hərəkətin əlavə fayda vermədiyi qeyd olunur. Yəni müsbət nəticə əldə etmək üçün mütləq 10 000 addım atmağa ehtiyac yoxdur.

Nature Medicine jurnalında dərc olunan tədqiqat həmçinin göstərib ki, fiziki aktivlik beta-amiloidin yığılmasını ləngitmir. Əvəzində, beyin hüceyrələrinə birbaşa zərər vurduğu düşünülən başqa bir toksik zülal tau zülalının artım sürətini azaldır.

Hazırda ABŞ-da təxminən 7 milyon insan alzheimer xəstəliyindən əziyyət çəkir və bu sayın 2060-cı ilə qədər ikiqat artacağı gözlənilir. Xəstəliyin gedişini ləngidən iki dərman — Lekanemab (Leqembi) və Donanemab (Kisunla) mövcud olsa da, həkimlər hesab edirlər ki, fiziki aktivlik kimi həyat tərzi vərdişləri hələ də ən vacib qoruyucu amillərdəndir.

Bununla belə, tədqiqatın sırf müşahidə xarakterli olması onun fiziki aktivliyin alzheimer xəstəliyinin qarşısını birbaşa aldığını sübut etmədiyini göstərir.

Mütəxəssislər bildirirlər ki, bu nəticələr artmaqda olan elmi dəlilləri bir daha təsdiqləyir hərəkət “dəyişdirilə bilən risk faktoru”dur, yəni insanlar bunu dəyişməklə beyin sağlamlıqlarını yaxşılaşdıra bilərlər.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Noyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see350

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see335

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see324

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see312

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see279

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see278

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see273

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see269

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see261

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see258

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see234

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see231

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see213

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see212

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see207

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see207

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see196

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri