Gündə bir alma yeməyin FAYDALARI
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Hər gün bir alma yemək bağırsaqların fəaliyyətini normallaşdırmağa, toxluq hissini uzatmağa və ürək-damar sağlamlığını dəstəkləməyə kömək edə bilər.
Redaktor.az xəbər verir ki, dietoloq Durval Ribas Filho bu barədə “Terra” nəşrinə açıqlamasında danışıb.
Onun sözlərinə görə, heç bir qida xəstəliklərdən tam qorunmağa zəmanət verməsə də, alma sağlamlıq üçün bir sıra faydalara malikdir.
Dietoloq qeyd edib ki, almanın tərkibindəki liflər bağırsaqların fəaliyyətini normallaşdırmağa kömək edir. Bundan əlavə, bu meyvə toxluq hissini uzadaraq iştahanın idarə olunmasına və çəkinin normada saxlanmasına dəstək ola bilər.
Mütəxəssis almanın ürək-damar sağlamlığına müsbət təsir göstərə biləcəyini də vurğulayıb. Onun tərkibindəki antioksidantlar hüceyrələrin qorunmasına kömək edir. Həmçinin alma immun sisteminin fəaliyyətini dəstəkləyə, kollagen istehsalına və yaraların sağalması prosesinə töhfə verə bilər.
Durval Ribas Filho almanı təzə və ya bişmiş halda yeməyi tövsiyə edib. O bildirib ki, alma şirəsi bütöv meyvə ilə müqayisədə daha az faydalı ola bilər, çünki şirənin hazırlanması zamanı liflərin bir hissəsi itirilir.
Aytəkin TOFİQQIZI
Baxış sayı:65
Bu xəbər 23 Oktyabr 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















