Icma.az
close
up
RU
Gündə ən azı bir neçə saat real münasibətlərə vaxt ayırın Psixoloq

Gündə ən azı bir neçə saat real münasibətlərə vaxt ayırın Psixoloq

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Sosial media,ağıllı telefonlar həyatımızın ayrılmaz parçasına çevrilib. Gənclər və uşaqlar üzərində "bədən imici", "mükəmməllik təzyiqi", və "bəyənmə asılılığı", gözəllik meyarının sosial media üzərindən dəyərləndirilməsi kimi psixoloji gərginliklər də artmaqdadır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Pərvanə Musayeva bildirdi ki, bu gün sosial media bəzən dostlarla ünsiyyət qurmaq, bəzən əylənmək, bəzən də gündəmdən xəbərdar olmaq üçün istifadə olunur:

"Amma xüsusilə gənclər və uşaqlar üçün bu rəqəmsal dünyanın görünməyən, təhlükəli tərəfləri də var. Bədən görüntüsü, mükəmməl görünmə təzyiqi və "bəyənmə" asılılığı – bunların hər biri psixoloji sağlamlığa ciddi təsir edə bilər.

"İnstagram", "TikTok", "Snapchat" kimi platformalarda tez-tez “ideal görünüşlü” insanlar görürük. Onlarda hamar dəri, incə bel, əzələli bədən, “filtrsiz belə gözəl” özçəkimlər edilir və paylaşılır.  Bu görüntülər bir çox gəncin və hətta uşağın öz bədəninə fərqli və tənqidi gözlə baxmasına səbəb olur. “Mən niyə belə görünmürəm?”, “niyə mənim burnum, qarınım, dərim onlar kimi deyil?” kimi sualları da özlərinə tez-tez verdiklərini müşahidə edirik. Bu kimi suallar zamanla özünübəyənməməyə, güvənsizliyə və depressiv əhvala səbəb ola bilər. Halbuki unuduruq ki, bu paylaşımların çoxu filtr, poza və işıq effektinin məhsuludur və reallıq deyil".

Psixoloqun fikrincə, gənclər getdikcə daha çox düşünürlər ki, hər paylaşdıqları şəkil, hər söz, hər görünüş “qüsursuz” olmalıdır:

"Sosial mediada uğurlu olmaq üçün daim bir yarış başlayır. İnsanlar ən gözəl olmaq, ən yaxşı görünmək, ən çox izlənmək istəyirlər. Bu təzyiq isə özü ilə birlikdə xroniki narahatlığa (anksiyetəyə), özünü daimi olaraq başqaları ilə müqayisə etməyə, emosional tükənməyə (burnout) səbəb ola bilər.

Sosial media "bəyənmə", "şərh" və "görüntülənmə" sayıları ilə bizə sanki mükafat hissi verir. Xüsusilə gənclər üçün bu, təhlükəli bir fikrə çevrilə bilər. “Məni nə qədər insan bəyənibsə, deməli, bir o qədər dəyərliyəm”. Bu kimi fikirlər psixolojik olaraq insanda duyğusal asılılığa, dəyərin yalnız görünüş və rəqəmlərlə əlaqələndirilməsinə, bəyənmə az olduqda özünü dəyərsiz hiss etməyə gətirib çıxarır.

 Sosial media düzgün istifadə olunduqda faydalı alətə çevrilə bilər. Amma onu idarə etmədikdə, o bizi idarə etməyə başlayır".

Müsahibimiz gənclərə və uşaqlara bu reallığı öyrətməyin vacib və tövsiyəli olduğunu bildirdi. 

"Açıq söhbətlər aparın , “nə hiss edirsən?”, “niyə paylaşmaq istəyirsən?” kimi suallarla empatiya qurun. Real və qeyri-real görüntüləri ayırd etməyə kömək edin. Dəyərləri "bəyənmə"dən deyil, öz maraqları və şəxsiyyətlərindən çıxarmağa təşviq edin. Ekransız zaman yaradın. Gündə ən azı bir neçə saat real münasibətlərə vaxt ayırmaq psixoloji baxımdan çox önəmlidir.

Unutmamaq lazımdır ki, filtersizlik də gözəllikdir. Real həyat kameraya sığmır. Gənclərə öyrətməliyik ki, dəyərli olmaq görünüş, rəqəm və təsdiqlə yox, daxili zənginliklə, şəxsiyyətlə, dürüstlüklə ölçülür",- deyə psixoloq qeyd etdi.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 İyul 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see294

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see292

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see252

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see239

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see150

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see145

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see125

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see124

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see122

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri