Icma.az
close
up
RU
Tənhalıq qorxusu insanı yanlış münasibətlərə sürükləyir Psixoloq

Tənhalıq qorxusu insanı yanlış münasibətlərə sürükləyir Psixoloq

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Müasir cəmiyyətdə insanlar arasında ünsiyyət imkanları artsa da, tənhalıq qorxusu və emosional bağlılıq problemləri aktuallığını qoruyur.

Bəzən insanlar tək qalmaqdan qorxduqları üçün xoşbəxt olmadıqları münasibətləri davam etdirir, öz istəklərini arxa plana keçirir və hətta onlara zərər verən seçimlərə razılaşırlar. Bu qorxunun formalaşmasında insanın keçmiş təcrübələri, özünə münasibəti və uşaqlıq dövründə aldığı emosional dəstək də mühüm rol oynaya bilər. Xüsusilə valideynlərin uşağa münasibəti, davamlı tənqid, sevgisizlik və emosional laqeydlik gələcəkdə onun özünəinamına, münasibətlərinə və davranışlarına təsir göstərə bilər. 

Bəs tənhalıq qorxusu insanı hansı yanlış qərarlara sürükləyir və uşaqlıqda yaşanan emosional travmalar yetkinlik dövründə necə üzə çıxır?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, insanlar tək qalmağın qorxulu olduğunu sosial mühitdən öyrənirlər. Cəmiyyət münasibətdə olmağı, başqaları tərəfindən qəbul edilməyi və ümumi davranış normalarına uyğunlaşmağı təşviq edir. 

“İnsan zamanla öz ehtiyaclarından daha çox başqalarının gözləntilərinə uyğun yaşamağa başlayır. Burada sosial öyrənmə mühüm rol oynayır. İnsan öyrəndiyi davranışları təkrarlayır, dəyişiklikdən isə təhlükə kimi qaçır. Tənhalıq qorxusu insanı istəmədiyi münasibətlərdə saxlayır, şəxsi sərhədlərini pozmağa və öz dəyərlərindən imtina etməyə məcbur edir.

Bəzən insan qarşısındakı şəxsi deyil, onun yoxluğunda yaranacaq boşluğu itirməkdən qorxur. Bu, sevgi deyil, emosional asılılıqdır. Öz varlığını başqasının mövcudluğu ilə təsdiqləyən insan müstəqil qərar verməkdə çətinlik çəkir. Tənhalıqdan qorxmaqdan daha təhlükəlisi, özünü itirməklə münasibətdə qalmaqdır.

Uşaqlıq travmalarını insanın bütün həyatını müəyyən edən dəyişməz hökm kimi qiymətləndirmək yanlışdır. Travmatik təcrübə psixoloji iz buraxır, lakin insanın gələcəyini mütləq şəkildə müəyyən etmir. Bəzi çətin təcrübələr insanın uyğunlaşma, problem həll etmə və psixoloji davamlılıq bacarıqlarını inkişaf etdirməsinə də səbəb olur. Burada əsas məsələ travmanın özü ilə yanaşı, insanın həmin təcrübəni necə emal etməsidir.

Valideynin davamlı tənqidi, alçaltması, sevgidən məhrum etməsi və başqa uşaqlarla müqayisə aparması uşağın özünüdəyərləndirməsinə ciddi zərbə vurur. Uşaq valideynin münasibətini öz şəxsiyyətinə verilən qiymət kimi qəbul edir. Nəticədə yetkinlik dövründə daim təsdiq axtaran, rədd edilməkdən qorxan, özünü günahlandıran və sağlam münasibətlərdə belə təhlükə axtaran insan formalaşır. Tənqid davranışı düzəltməlidir, şəxsiyyəti məhv etməməlidir. Valideynlik uşağın psixoloji sağlamlığı qarşısında məsuliyyətdir”.

Psixoloq qeyd edib ki, yetkin insan keçmişini anlamaqla kifayətlənməməli, formalaşmış yanlış düşüncə və davranışlarını dəyişməlidir. Travma insanın başına gələn hadisədir, ömürlük kimliyi deyil.

Aişə
“Cebheinfo.az”

Açar sözlər: Tənhalıq

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Noyabr 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri