Icma.az
close
up
RU
Gündəlik narahatlıq nə vaxt xəstəliyə çevrilir?

Gündəlik narahatlıq nə vaxt xəstəliyə çevrilir?

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Narahatlıq orqanizmin normal reaksiyasıdır və insana təhlükə və streslə mübarizə aparmağa kömək edir. Lakin bəzi hallarda bu hal ciddi pozuntuya çevrilə, yaxud obsessiv-kompulsiv pozuntunun (OKP) təzahürü ola bilər.

Lent.az "The Conversation" portalına istinadən xəbər verir ki, mütəxəssislər bu barədə ciddi xəbərdarlıq edirlər. Gündəlik həyatda yaranan narahatlıq - məsələn, mühüm çıxışdan əvvəl və ya qeyri-müəyyənlik vəziyyətində özünü göstərən reaksiyalar təbii, hətta faydalı hesab olunur. Lakin narahat düşüncələr daimi xarakter alırsa, güclənirsə və işə, təhsilə, eləcə də ünsiyyətə mane olursa, bu, artıq "təşviş pozuntusu"ndan xəbər verir.

Ən geniş yayılmış formalara sosial narahatlıq, təşviş və ümumi narahatlıq pozuntuları aiddir. Araşdırmalar göstərir ki, həyatı boyu insanların üçdə biri bu cür vəziyyətlərlə üzləşir.

Bununla yanaşı, OKP narahatlıqla əlaqəli olsa da, ayrı bir diaqnozdur. Bu pozuntu obsessiv düşüncələrlə (məsələn, mikrob yoluxma qorxusu və ya öz hərəkətlərinə şübhə) və təkrarlanan rituallarla (məsələn, qapını dəfələrlə yoxlamaq və ya əlləri aşırı yumaq) xarakterizə olunur. OKP-nin əsas fərqi simptomların şiddətidir: əgər bu düşüncə və hərəkətlər günün böyük hissəsini alırsa, güclü stres yaradırsa, deməli, artıq ciddi pozuntu mövcuddur.

Mütəxəssislər qeyd edirlər ki, belə vəziyyətlər həmişə kənardan nəzərə çarpmır. Bəzi rituallar yalnız zehni olaraq baş verir, xəstələr isə çox vaxt simptomları gizlətməyə çalışırlar. Bu pozuntuların müalicəsində koqnitiv-davranış terapiyası və bəzi hallarda antidepressantlar tətbiq edilir.

Ekspertlər vurğulayırlar ki, sosial şəbəkələrdə psixi sağlamlıq mövzularının populyarlığı mənfi münasibəti azaltsa da, bəzən yanlış özünüdiaqnostikaya səbəb olur. Dəqiq diaqnozu isə yalnız peşəkar mütəxəssislər qoya bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Aprel 2026 05:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri