Gündəlik qoz fındıq yemək şirniyyata təlabatı AZALDIR?
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gün ərzində yeməklər arasında az miqdarda qoz-fındıq qəbul etmək gənc yetkinlərdə şirniyyata olan həvəsi əhəmiyyətli dərəcədə azalda və metabolik sindrom riski daşıyan şəxslərin qidalanma keyfiyyətini yaxşılaşdıra bilər. Bu nəticəyə dietologiya sahəsi ilə məşğul olan mütəxəssislər apardığları araşdırmalara əsasən gəliblər.
Redaktor.az xəbər verir ki, raşdırmanın nəticələri "Nutrients" jurnalında dərc edilib.
Tədqiqatda 22-36 yaş arası, artıq çəkiyə malik və ən azı bir metabolik sindrom risk faktoru olan 84 nəfər iştirak edib. Onlar 16 həftəlik dövr üçün iki qrupa ayrılıblar: bir qrupa araqlar arasında badam, qoz, pikan, fıstıq, keşyu və digər növ çərəzlərdən ibarət qarışıqla qidalanmaq tapşırılıb, digər qrup isə peçenye, kraker və batonçik kimi “tipik” karbohidratlı qəlyanaltılarla təmin edilib. Hər iki qrupda qəlyanaltıların kalorisi eyni səviyyədə saxlanılıb.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 03 Dekabr 2025 08:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















