Günə gümrah başlamaq üçün İDEAL RESEPT Bir stəkan içmək kifayət edir
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Yay aylarında günə daha yüngül və enerjili başlamaq istəyənlər bədəndə toplanan ödəmdən qurtulmağın yollarını araşdırır.
Bizim.Media xəbər verir ki, ödəm adətən həddindən artıq duz qəbulu, kifayət qədər su içməmək, hərəkətsizlik və ya hormonal dəyişikliklər səbəbindən toxumalar arasında maye toplanması nəticəsində yaranır. Buna görə də “ödəm limonadı” həm hazırlanmasının asan olması, həm də təravətləndirici təsiri ilə diqqət çəkir.
Xüsusilə şişkinliyi azaltmağa və bədəni rahatlatmağa kömək edən bu təbii içki qısa müddətdə şişkinliyə təsir göstərir.
Ödəm limonadı resepti
- 1 stəkan dəmlənmiş ananas qabığı çayı
- 1 ədəd limonun suyu
- 1 stəkan su
- Bir neçə yarpaq təzə nanə
- İstəyə görə bir neçə dilim təzə ananas
Əvvəlcə ananas çayını dəmləyib soyumağa qoyun. Daha sonra bir dolçaya limon suyunu, suyu və soyumuş ananas çayını əlavə edin. İstəyə görə bal qatıb qarışdırın. Sonda nanə yarpaqları və ananas dilimləri ilə dadlandırın. Buz əlavə edərək soyuq şəkildə servis edin.
Mütəmadi istifadə zamanı bədəndəki artıq mayenin atılmasına kömək edə bilən bu içki xüsusilə isti havalarda həm sərinləşdirici, həm də yüngülləşdirici seçimdir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 09 May 2026 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















