Icma.az
close
up
RU
Günə bir stəkan su ilə başlamaq üçün 5 səbəb

Günə bir stəkan su ilə başlamaq üçün 5 səbəb

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

İnsan bədəninin 50%-dən çoxu sudan ibarətdir. Ona görə də bədənin düzgün işləməsi üçün orqanizmi gündəlik lazımi qədər su ilə təmin etmək lazımdır. Çünki bədənin suya olan tələbatı ödənilmədikdə, bu, müxtəlif xəstəliklərə səbəb ola bilər.

Bəs səhərlər ilk növbədə su içməyin sağlamlıq üçün hansı faydaları olduğunu bilirsinizmi?

Sağlamolun.az “The Berkey”ə istinadən suyun həmin faydaları barədə məlumatı təqdim edir: 

Yaponlar hər səhər oyandıqdan dərhal sonra ac qarına su içmək ritualına malikdirlər. Çünki sağlamlığa və ruh yüksəkliyinə gedən yolun məhz səhər bir stəkan sudan başladığını bilirlər.

1. Səhər su içmək bədəni nəmləndirməyə kömək edir.

6-8 saatlıq yuxu zamanı bədəndəki su ehtiyatı demək olar ki, mənimsənilir. Buna görə yuxudan oyananda iki və ya üç stəkan su içərək orqanizmi nəmləndirmək lazımdır. Bu, həm də bağırsaqları hərəkət etdirməyə də kömək edir.

2. Səhər su içmək beynin ayıqlıq səviyyəsini artırır. Yəni bu, beynin sürətli fəaliyyətinə siqnal verir. 

Yorğunluğun əsas göstəricilərindən biri susuz qalmaqdır. Uzun müddətdən - yatandan sonra səhər qəbul edilən qida bədən üçün şok effekti verə bilər. Lakin əgər ilk istehlak sudursa, o, bədəni işə hazır vəziyyətə gətirəcək və ayıqlığı artıracaq. Çünki su qırmızı qan hüceyrələrinin daha sürətli böyüməsini stimullaşdırır və qanda daha çox oksigen əmələ gətirir.  

3. Səhər ilk növbədə su içmək xəstəliklərlə mübarizə aparmağa kömək edir və immunitet sistemini gücləndirir.

Aç qarına su içmək immunitet sisteminə tarazlıq gətirməyə kömək edir. Bu, orqanizmi tez-tez xəstələnməkdən və viruslardan qorunmağa kömək edəcək.

4. Səhər ilk iş su içmək olarsa, bu, bədəndəki toksinləri atmağa kömək edəcək.

Səhər bir neçə stəkan su bədəndə bir gecəyə yığılan bütün toksinləri atmağa kömək edir. Çünki gecə insan bədəndəki bütün toksinləri bir hissəyə yığır. Səhər acqarına su içərkən də, bu zərərli maddələr təmizlənir. Bu zaman təbii olaraq bağırsaqların hərəkəti stimullaşır. 

5. Səhər su içmək sağlam arıqlamağı gücləndirir.

Səhər acqarına su içdikcə bütün toksinlər bədəndən atılır və həzm sisteminin fəaliyyəti yaxşılaşır. Həmin gün daha az aclıq hissi yaranacaq. Bununla da həddindən artıq yeməkdən qaynaqlanan kökəlmənin qarşısı alınacaq.

Qeyd edək ki, 12 həftə gündə üç dəfə yeməkdən 30 dəqiqə əvvəl 500 ml-ə qədər su içmək 2 kilo bədən çəkisini itirməyə kömək edir. Odur ki, günə yeməkdən təxminən 30 dəqiqə əvvəl su içməklə başlamaq ən unikal variantdır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see445

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see386

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see272

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see255

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see246

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see240

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see232

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see225

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see207

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see198

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see198

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see191

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see188

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see183

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see182

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see182

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see177

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see174

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see165

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri