Icma.az
close
up
RU
Günəş sisteminə yaxınlaşan təsadüfi ulduzlar Yeri təhdid edə bilərmi?

Günəş sisteminə yaxınlaşan təsadüfi ulduzlar Yeri təhdid edə bilərmi?

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni bir araşdırmaya görə, Günəş sisteminə təsadüfi şəkildə yaxınlaşan bir ulduz planetlərin orbitlərini pozaraq Yer kürəsini də əhatə edən ciddi təhlükələr yarada bilər. 

Qaynarinfo xəbər verir ki, alimlər bu ssenarinin reallaşma ehtimalının çox aşağı olduğunu bildirsələr də, tamamilə mümkünsüz olmadığını vurğulayırlar.

Kainat daim hərəkətdədir. Planetlər, ulduzlar, qara dəliklər və digər səma cisimləri öz orbitləri və ya təyin edilməmiş şəkildə kosmosda hərəkət edirlər. Elm adamları bu günə qədər orbitdən çıxmış planetlər və sərbəst qara dəliklərə dair çoxsaylı sübutlar təqdim ediblər. Lakin son araşdırma, indiyə qədər üzərində çox dayanılmayan bir riski gündəmə gətirib: Günəş sisteminə yaxınlaşan sərbəst ulduzların fəsadları.

Bu tip bir ssenari ilk baxışda yalnız elmi-fantastik filmlərə uyğun bir fikir kimi görünsə də, reallıqdan uzaq sayılmır. Əgər belə bir ulduz Günəş sisteminə yetərincə yaxınlaşarsa, Yer də daxil olmaqla bütün planetlərin orbital sabitliyi təhlükəyə düşə bilər.

"İcarus" elmi jurnalında yayımlanan araşdırmada bildirilir ki, təyin edilməmiş hərəkət edən bir ulduzun yaxın keçidi planetlərin orbitində ciddi qeyri-sabitliklərə səbəb ola bilər. Ən pis ehtimalla, Yer öz orbitindən çıxaraq ya Günəşə doğru sürüklənə bilər, ya da sistemdən tamamilə çıxarıla bilər. Hər iki halda, Yer kürəsinin yaşanılabilir olması ciddi təhlükə altına düşər.

Bu ssenarilər qorxuducu səslənsə də, onların baş vermə ehtimalı olduqca aşağıdır. Lakin bu, alimlərin belə ehtimalları araşdırmasına mane olmur. NASA da daxil olmaqla bir sıra kosmik tədqiqat təşkilatlarının bu cür kosmik təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinə və müdafiə texnologiyalarına böyük sərmayələr qoymasının əsas səbəblərindən biri də bu qeyri-müəyyənliklərdir.

Ulduzların belə yıxıcı təsir gücünün əsas səbəbi onların nəhəng cazibə qüvvəsidir. Günəş sisteminə yaxınlaşdıqları zaman bu qüvvə, xüsusilə də sistemin xarici planetlərinin orbitlərini dəyişdirə bilər. Alimlər, bu cür keçidlərin qarşıdakı bir neçə milyard il ərzində baş verə biləcəyini və bunun zəncirvari şəkildə daxili planetlərə də təsir göstərə biləcəyini düşünürlər.

Əvvəlki modellərdə göstərilib ki, Mars və Yupiter arasında fərz edilən bir planetin mövcudluğu belə Yer kürəsini hazırkı orbitindən çıxara bilər. Eyni zamanda, Yupiterin orbitindəki kiçik bir sapmanın belə Yer üçün böyük nəticələr doğura biləcəyi məlumdur. Bu isə Yer kürəsinin nə qədər həssas və kritik bir mövqedə olduğunu bir daha təsdiqləyir.

Hazırda bu tip bir ulduzun Günəş sisteminə yaxınlaşaraq ciddi nəticələr doğuracaq qədər təsirli olmasından əvvəl müşahidə olunması mümkündür. Lakin alimlər yalnız müşahidə ilə kifayətlənmir, bu cür ssenariləri dərindən araşdıraraq gələcəkdə üzləşilə biləcək təhdidlərə qarşı hazırlıqlı olmaq istəyirlər.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 İyun 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri