Günəşdə güclü partlayışdan sonra plazma buludu Yerə düşə bilər
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Günəşdə bu gün baş verən ən yüksək sinifli - X1.5 partlayışından sonra ayrılan plazma buludu aprelin 1-i gecəsi Yerə düşə bilər.
Moderator.az TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası və akademiyanın Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıblar.
"Vəziyyətin əhəmiyyəti nəzərə alınaraq ilkin və çox sürətli model hazırlanıb. Model göstərir ki, plazma buludu aprelin 1-nə keçən gecə Yerə yaxınlaşaraq onu kənardan əhatə edə bilər. Bu halda planet iki-üç gün Günəşdən gələn maddə axınının içində qalacaq. Ancaq istiqamətdə çox kiçik dəyişiklik olsa, bulud ya Yerə dəymədən yan keçə, ya da onun daha sıx mərkəzi hissəsi planetə çata bilər", - deyə məlumatda qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 30 Mart 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















