Icma.az
close
up
RU
Günəşdə “superpartlayış“: alim 1859 cu il tufanının təkrarlanmasını istisna etmir

Günəşdə “superpartlayış“: alim 1859 cu il tufanının təkrarlanmasını istisna etmir

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Müasir dövrdə belə hadisə elektrik sistemlərinin bir neçə ay müddətində sıradan çıxmasına səbəb ola bilər..."

Son iki ay yarımda ilk dəfə olaraq Günəşdə ən yüksək səviyyədə X2.0 sinifli alışma baş verib. X sinifli alışmalar ən güclü rentgen şüalanmasına malikdir və Yer kürəsində maqnit tufanlarına, peyklərin işində pozuntulara və şimal işıqlarının güclənməsinə səbəb ola bilər.

Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçov XIX və XX əsrlərdə baş verən oxşar hadisələri müqayisə edərək, insanlığın hələ həqiqi sınaqla üzləşmədiyini bildirib. Alimlər Günəşin daha böyük "superpartlayışlar" da yarada biləcəyini vurğulayıb.

Mütəxəssislər Günəşdə superalışmanın hansı şərtlər altında baş verə biləcəyini dəqiq söyləyə bilmir. Lakin bəzi versiyalara görə, bu cür hadisələr ulduzun aktivlik zirvəsində baş verməlidir. Bununla belə, 2003 və 2017-ci illərdə qeydə alınan nəhəng alışmalar Günəş aktivliyinin azalması fonunda baş verib ki, bu da alimlər üçün hələ də araşdırılması lazım olan bir paradoksdur.

Alimlər 1921 və 1859-cu illərdə qeydə alınan güclü maqnit tufanlarının təkrarlana biləcəyini də istisna etmir. 1921-ci ilin mayında Günəşdə 150 min kilometrlik nəhəng ləkə yaranıb, ardınca Yer kürəsində üç gün davam edən güclü maqnit dalğalanmaları qeydə alınıb. Bu, elektrik xətlərinin qızmasına, teleqraf və rabitə sistemlərinin sıradan çıxmasına, hətta bir sıra yerlərdə yanğınlara səbəb olub.

1859-cu ildə isə məşhur "Kerrinqton hadisəsi" zamanı güclü Günəş alışması nəticəsində nəhəng koronal kütlə atılımı baş verib, plazma axını Yerə böyük sürətlə çataraq teleqraf sistemlərini iflic edib və planetin hər yerində şimal işıqları müşahidə olunub. Alimlər hesab edir ki, bu cür hadisə müasir dövrdə baş versə, elektrik sistemlərinin bir neçə ay müddətinə sıradan çıxmasına səbəb ola bilər.

Sergey Boqaçov Günəşdə baş verən son alışma və 1859-cu il tufanının hələ həqiqi "superfırtına" hesab olunmadığını vurğulayır. Onun sözlərinə görə, müasir texnoloji dövrdə insanlıq hələ ki, belə bir fenomenlə qarşılaşmayıb və bunun real təsirlərini bilmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Fevral 2025 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri