Icma.az
close
up
RU
“Güney Azərbaycan məsələsini Stalin mifi kimi...” Etibar Məmmədovdan sərt reaksiya

“Güney Azərbaycan məsələsini Stalin mifi kimi...” Etibar Məmmədovdan sərt reaksiya

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin Komitə sədri Fazıl Mustafa son məqaləsində Güney Azərbaycan və Vahid (Bütöv) Azərbaycan ideyasını mifoloji konstruksiya kimi təqdim edir, bu anlayışın sovet dövründə, konkret olaraq Stalin ideoloji xətti ilə formalaşdırıldığını vurğulayır.

Bu yanaşma isə istər-istəməz ciddi suallar doğurur: əgər Vahid və ya Bütöv Azərbaycan ideyası mifdirsə, onda Məhəmməd Əmin Rəsulzadənin, Elçibəyin və ümumilikdə Azərbaycan milli ideologiyasının əsas sütunlarından biri kimi onilliklər boyu müdafiə edilən bu konsepsiya necə izah olunmalıdır? Bu ideya milli azadlıq düşüncəsinin təbii nəticəsi idimi, yoxsa sonradan ideoloji çərçivəyə salınmış siyasi narrativ?

AMİP lideri Etibar Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, Güney Azərbaycan məsələsi heç bir halda Stalinin sırıdığı mif kimi qəbul oluna bilməz:

“Çünki Stalindən əvvəl də bu ideologiya olub. Azərbaycan mövcud olub və onu iki hissəyə parçalayıblar: bir hissəsi Rusiyanın, bir hissəsi isə İranın tərkibində olub. Ancaq Azərbaycan Azərbaycandır və Güney Azərbaycan ideologiyasını Stalinin adına bağlamaq milyonlarla insanın milli ideologiyasına, milli hədəfinə çevrilmiş bir məsələni bir diktatorun adına bağlamaq ən azı insafsızlıqdır və hər kəs öz işi ilə məşğul olsa yaxşıdır”.

Etibar Məmmədov onu da deyib ki, İrandakı proseslər inqilab hesab olunmalıdır:

“İnqilab olması o demək deyil ki, bu inqilab İranın parçalanmasına yönəlib. Hələlik bu inqilab molla rejimindən azad olmaq istiqamətində gedən bir inqilabdır. Həm də ona görə inqilab hesab olunmalıdır ki, ideoloji bazasını dəyişmək və normal, sivil bir dövlət istiqamətindədir. İnsanlar həmişə birinci iqtisadi məsələlərdən, sosial narazılıqlarla prosesə başlayırlar və sonra proses siyasi narazılığa çevrilir və rejimin dəyişməsinə gətirib çıxarır. Çox ölkələrdə də belə olub. İrandakı proses milli azadlıq ideologiyasına dönüşməsi və İranda ayrı-ayrı dövlətlərin qurulması istiqaməti ala bilərmi? Mən düşünürəm ki, bu da ola bilər. Ancaq bu gün belə bir məsələ gündəmdə deyil. Güney Azərbaycandakı indiki hadisələr də yenə də sosial narazılıqlar üzərində qurulub. Eyni zamanda bunun içərisində milli narazılıq da var. Milli təqiblərə qarşı, dilin inkişafının qarşısının alınması xəttinə qarşı narazılıqlar da var. Lakin bunlar hansı nəticələri verəcək, biz bu gün dəqiq deyə bilmərik. Güney Azərbaycan buna nə dərəcədə hazırdır, onu da deyə bilmərik”.

AMİP lideri qeyd edib ki, böyük dövlətlərin İranın parçalanmasına qarşı olması da fakt kimi qəbul edilməlidir:

“İstər Rusiya, istər ABŞ, istər Türkiyə olsun, bu cür dövlətlər hazırda İranın bütövlüyünün tərəfdarıdırlar. Sadəcə olaraq rejimin dəyişməsini istəyirlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:25
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Yanvar 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see152

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri