Icma.az
close
up
RU
Etibar Məmmədovdan Mehdiyev olayına REAKSİYA

Etibar Məmmədovdan Mehdiyev olayına REAKSİYA

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib, barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

DTX-nın Baş İstintaq İdarəsində Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.

Ramiz Mehdiyevin müxalif siyasi qüvvələrlə münasibətləri məsələsi indiki məqamda xeyli müzakirə olunur.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu, tanınmış siyasi xadim Etibar Məmmədov Ramiz Mehdiyevin həbsi ilə bağlı Modern.az-a danışıb.

O qeyd edib ki, Ramiz Mehdiyevlə münasibətlərinin soyuq olub:

“Onunla münasibətlərimin isti olmamasının səbəbləri də məlumdur. Siyasi partiyaların,  Azərbaycanda normal siyasi sistemin yaranmasına maneələr yaradan həmişə Ramiz Mehdiyev olub. Sistemi o özü idarə edib. Normal siyasi partiya sistemi yarana bilmədi. Məmurlar bu addımların hamısını Ramiz Mehdiyevin yaratdığı sxem əsasında həyata keçirirdilər. Demək olar ki, Ramiz Mehdiyev hər şeyi idarə edirdi. Buna görə də münasibətlərimiz o qədər də isti olmayıb, hətta münasibətlərimizin soyuq olduğunu da demək olar”.

E.Məmmədov Ramiz Mehdiyevin məhz indi məsuliyyətə cəlb edilməsi ilə bağlı bunları deyib:

“Bunun səbəbini mən deyə bilmərəm. Görünür, müvafiq orqanların əlində hansısa ciddi əsaslar olub ki, onu bu şəkikldə, bir neçə ciddi maddələrlə cinayət məsuliyyətinə cəlb ediblər. Onların içərisində ən  ciddisi də vətənə xəyanət məsələsidir. Azərbaycanda faktiki son 30 ildə ölkə idarəetməsində ikinci yerdə olan adamın bu şəkildə ittiham olunması dövlət üçün o qədər də xoşagələn bir şey deyil. Görünür, müvafiq orqanların əllərində çox ciddi əsaslar var ki onunla bağlı məsələni  publik şəkildə elan da ediblər. Ramiz Mehdiyevin Moskva ilə əlaqələrinin, Rusiya sisteminin heyranı, sovet sisteminin yeni dövrə uyğunlaşdırılmış bir formatının müəllifi olması heç kəsə sirr deyil. Ancaq Vətənə xəyanət, dövlət çevrilişinə cəhd bu yaşda insan üçün olduqca ciddi məsələdir”.

Ramiz Mehdiyevin bəzi müxalifət qüvvələrinə təsirinin olub-olmaması ilə bağlı bunları deyib:

“Mən onu heç kəsə ittiham şəkildə deyə bilmərəm. Amma Azərbaycanda siyasi sistemin ölü vəziyyətə salınmasının müəllifi Ramiz Mehdiyevdir. Bu heç kəsə də gizli deyil. Onunla kimin əlaqədə olması, başqa məsələlər araşdırmalar zamanı üzə çıxacaq. Və lazım bilsələr, bunu ictimailəşdirəcəklər. Lazım bilməsələr, hakimiyyətin xeyrinə olmasa ictimailəşdirməyəcəklər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Oktyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri