Icma.az
close
up
RU
Güney Azərbaycan Milli Hərəkatı bəyanat YAYDI

Güney Azərbaycan Milli Hərəkatı bəyanat YAYDI

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) və əlaqədar sivil toplum qurumları Milli Dəyərlərə və Əsas Prinsiplərə Sadiqlik Bəyanatı yayıb.

Turkustan.az-a daxil olan bəyanatda deyilir:

"Güney Azərbaycan Milli Hərəkatı olaraq, torpaqlarımıza göz dikən yayılmacı qruplar, terror şəbəkələri və xüsusən də Sulduzda xalqımıza qarşı soyqırım cəhdi göstərən cinayətkar qruplarla iş birliyi edən şəxsləri, habelə İran faşist rejiminin saxta seçkilərinə dəstək verən bütün qrupları və əxlaqsızlıqları qətiyyətlə qınayır və rədd edirik. Bütün baş verənləri və xalqımızın israrlı istəklərini nəzərə alaraq, illərdir Milli Hərəkatımıza qarşı yürüdülən etibarsızlaşdırma cəhdlərini göz önündə saxlayaraq, GAMOH olaraq əsas prinsiplərimizə və dəyərlərimizə sahib çıxmaq əzmindəyik. Bu addımı tarixi əhəmiyyətli və milli məsuliyyət olaraq dəyərləndiririk.

Güney Azərbaycan Milli Hərəkatı olaraq, insan hüquqları, qadın hüquqları, ifadə azadlığı və fundamental azadlıqlar mövzusunda olan hər cür pozuntuları qətiyyətlə qınayırıq. Hərəkatımız, hər bir fərdin ləyaqət, azadlıq və bərabərliyinə sadiqliyini təsdiq edir və bu dəyərləri pozan hər hansı hərəkəti qəbul edilməz hesab edir.

Son dövrdə ortaya çıxan sənədlər və məlumatlar fonunda, özünü saxta şəkildə Milli Hərəkat aktivisti kimi təqdim edən və Kanada məhkəməsi tərəfindən cinsi istismar ittihamı ilə mühakimə edilərək cəzalandırılan şəxsin Milli Hərəkat sıralarına sızmasına icazə verilməməsini və qınanmasını tələb edirik. Bu cür rəzil davranışlar, hərəkatımızın müdafiə etdiyi prinsiplərə və azadlıq uğrunda çalışan hər kəsə qarşı bir təhqirdir. Bu cinayət xarakterli hərəkətlər, Güney Azərbaycan Milli Hərəkatının etibarlılığına və əsas dəyərlərinə zərbə vurur və İran rejiminə hərəkatımızı nüfuzdan salmaq üçün bir fürsət yaradır”.

Bəyanatda daha sonra deyilir:

“Qadın hüquqlarının pozulmasına susqun qalmaq isə həm hərəkatımıza, həm də hüquq və ədalət yolunda çalışan nəcib insanlara zərər verər. Bütün azadlıq tərəfdarlarını və təşkilatları hərəkatımızın dəyərlərinə xəyanət edən hər kəsdən uzaq durmağa çağırırıq. Birlikdə, insan hüquqları, ədalət və milli dəyərlərə olan bağlılığımızı bir daha təsdiq edir və azadlıq və bərabərlik uğrunda mübarizəmizi qətiyyətlə davam etdirəcəyimizi bəyan edirik".

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) və Əlaqədar Sivil Toplum Qurumları

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Noyabr 2024 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see401

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see359

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see353

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see343

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see296

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see287

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see282

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see272

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see262

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see255

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see248

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see247

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see242

Süni intellektlə beyin əməliyyatı: Dünyada ilk uğur

28 Avqust 2026 22:43see233

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see221

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see219

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see217

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see207

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see206

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri