Icma.az
close
up
RU
Güney Azərbaycan Milli Hərəkatı bəyanat YAYDI

Güney Azərbaycan Milli Hərəkatı bəyanat YAYDI

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) və əlaqədar sivil toplum qurumları 

Milli Dəyərlərə və Əsas Prinsiplərə Sadiqlik Bəyanatı yayıb. 

"Cebheinfo.az"-a daxil olan bəyanatda deyilir: 

"Güney Azərbaycan Milli Hərəkatı olaraq, torpaqlarımıza göz dikən yayılmacı qruplar, terror şəbəkələri və xüsusən də Sulduzda xalqımıza qarşı soyqırım cəhdi göstərən cinayətkar qruplarla iş birliyi edən şəxsləri, habelə İran faşist rejiminin saxta seçkilərinə dəstək verən bütün qrupları və əxlaqsızlıqları qətiyyətlə qınayır və rədd edirik. Bütün baş verənləri və xalqımızın israrlı istəklərini nəzərə alaraq, illərdir Milli Hərəkatımıza qarşı yürüdülən etibarsızlaşdırma cəhdlərini göz önündə saxlayaraq, GAMOH olaraq əsas prinsiplərimizə və dəyərlərimizə sahib çıxmaq əzmindəyik. Bu addımı tarixi əhəmiyyətli və milli məsuliyyət olaraq dəyərləndiririk. 

Güney Azərbaycan Milli Hərəkatı olaraq, insan hüquqları, qadın hüquqları, ifadə azadlığı və fundamental azadlıqlar mövzusunda olan hər cür pozuntuları qətiyyətlə qınayırıq. Hərəkatımız, hər bir fərdin ləyaqət, azadlıq və bərabərliyinə sadiqliyini təsdiq edir və bu dəyərləri pozan hər hansı hərəkəti qəbul edilməz hesab edir. 

Son dövrdə ortaya çıxan sənədlər və məlumatlar fonunda, özünü saxta şəkildə Milli Hərəkat aktivisti kimi təqdim edən və Kanada məhkəməsi tərəfindən cinsi istismar ittihamı ilə mühakimə edilərək cəzalandırılan şəxsin Milli Hərəkat sıralarına sızmasına icazə verilməməsini və qınanmasını tələb edirik. Bu cür rəzil davranışlar, hərəkatımızın müdafiə etdiyi prinsiplərə və azadlıq uğrunda çalışan hər kəsə qarşı bir təhqirdir. Bu cinayət xarakterli hərəkətlər, Güney Azərbaycan Milli Hərəkatının etibarlılığına və əsas dəyərlərinə zərbə vurur və İran rejiminə hərəkatımızı nüfuzdan salmaq üçün bir fürsət yaradır”. 

Bəyanatda daha sonra deyilir:

“Qadın hüquqlarının pozulmasına susqun qalmaq isə həm hərəkatımıza, həm də hüquq və ədalət yolunda çalışan nəcib insanlara zərər verər. Bütün azadlıq tərəfdarlarını və təşkilatları hərəkatımızın dəyərlərinə xəyanət edən hər kəsdən uzaq durmağa çağırırıq. Birlikdə, insan hüquqları, ədalət və milli dəyərlərə olan bağlılığımızı bir daha təsdiq edir və azadlıq və bərabərlik uğrunda mübarizəmizi qətiyyətlə davam etdirəcəyimizi bəyan edirik". Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) və Əlaqədar Sivil Toplum Qurumları 

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Noyabr 2024 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri