Güney Azərbaycan təşkilatlarından çağırış: “Güneydə hər şey nəzarətə götürülməlidir”
Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.
Hazırda Avropada fəaliyyət göstərən Azərbaycan Demokrat Partiyası və Azərbaycan Demokratiya və İnkişaf Mərkəzi (ODD) birgə bəyanat yayıb.
Tribunainfo.az xəbər verir ki, hər iki partiya Güney Azərbaycanda yaşayan azərbaycanlılara çağırış edib.
Bəyanatda deyilir ki, İrandakı molla rejiminin devrilməsi tezliklə baş verəcək və Güney Azərbaycandakı təşkilatlar təcili hərəkətə keçməlidir. “Başda Azərbaycan olmaqla bütün ölkənin xalqı xalq məclislərini, yerli qurumları təşkil etməklə, yerli idarəetməni gücləndirməklə öz işlərini öz öhdəsinə götürməli, öz doğma yurdlarını mərkəzi hakimiyyətin və digər silahlı terror qruplaşmalarının işğalından və basqısından qarış-qarış qorumalıdır”.
Təşkilatlar bildiriblər ki, vacib sahələr daha tez nəzarətə alınmalıdır. “İqtisadi infrastrukturu, bazarları, məktəbləri, poliklinikaları, xəstəxanaları, şəhərlərin, yolların təhlükəsizliyini öz nəzarətimizə götürməliyik”.
Fərda Uğur
Baxış sayı:91
Bu xəbər 23 İyun 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















