“Xırdalan nəzarətə götürülməlidir” Kəmalə Ağazadədən çağırış KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
“Abşeron rayonu Bakıya üz tutan bir çox region əhalisinin məskunlaşdığı ərazidir. Əsasən də məskulaşma daha çox Xırdalan şəhərinin payına düşüb. Buna görə də daha çox yeniyetmə və gənclərin “formalaşdığı” ərazi Xırdalandır. Xırdalanı ciddi nəzarətə götürməyin zamanıdır”.
KONKRET.az xəbər verir ki, bunu “Azərbaycan Uşaqlar” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə bildirib.
O qeyd edib ki, evdən qaçanların bir çoxu Xırdalan ərazisində aşkarlanır:
“Bizim sığınacağa yerləşdirilən uşaqların 70%-i Xırdalan ərazisində ən azı bir dəfə ünsiyyətə keçmək üçün “TikTok”da tanışlıq vasitəsi ilə bura baş vuranlardır. Orada isə narkotik, fahişəlik “keyfinin” az da olsa, dadına baxırlar. Evdən qaçanların bir çoxu bu ərazidə aşkarlanır…Özü də daha çox azyaşlılar kafe və çayxanalarda aşkarlanır. Hətta işçi kimi… Həyəcan təbilini çalmaq üçün geçikirik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 18 İyun 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















